Süleyman Soyludan seçkilərlə bağlı açıqlama
“Türkiyə böyük seçki təcrübəsinə malikdir”.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün lazımi tədbirlər görülüb: “Hazırda müxtəlif bölgələrdə təhlükəsizlik qüvvələrinin 601 min əməkdaşı fəaliyyət göstərir. Şəxsi heyətdən əlavə 79 helikopter və 8 təyyarə hazır vəziyyətdədir. Məktəblərin, seçki məntəqələrinin təhlükəsizliyinin təmin olunması üçün lazım gələni etmişik”.
S.Soylunun sözlərinə görə, zəlzələ baş vermiş ərazilərdə də səsvermə prosesi davam edir: “Proses problemsiz başlayıb və davam edir. İnanıram ki, Türkiyə ən düzgün qərarı verəcək. Millətimiz üçün xeyirli və uğurlu olsun”.
#Türkiyə teqi istifadə olunub
- "Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA
- İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM
- Türkiyədən Qara dənizdə məhdudiyyət
- Ərdoğan Məkkə sazişinin önəmindən danışdı
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
