Şuşada Türkiyə konsulluğunun əhəmiyyəti
Artıq 3 ildir ki, Şuşanın başındakı qara buludlar çəkilib. Azərbaycan əsgərinin hərb yolu ilə sancağını yenidən taxdığı mədəniyyət paytaxtında bayrağımız məğrurcasına dalğalanır.
Bu möhtəşəm mənzərə bundan sonra da belə davam edəcək. Sadəcə dəyişən bir məqam olacaq. Üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, al-qırmızı Türkiyə bayrağı da Şuşanın mavi səması ilə yamyaşıl Cıdır düzününün arasına rəng qatacaq.
Bu, həm də Azərbaycanla Türkiyəni rəsmən qardaşlaşdıran Şuşa Bəyannaməsinin ikinci ildönümü ərəfəsində ölkələrimiz arasındakı diplomatik münasibətlərin növbəti mərhələyə keçidi ilə bağlı mesaj idi.
Şuşada sözügedən diplomatik korpusun açılması barədə xəbər Azərbaycan və Türkiyənin şad günündə bağrına qor ələnən bədnam qonşularımız üçün də “bəd xəbər” oldu. Daha dəqiq desək, ötən il Qafanda tez-tələsik "konsulluq" quran İran və Ermənistan hökumətinə şillə kimi cavab idi.
Dosta fəxarət, düşmənə göz dağı verən iki qardaş ölkənin bundan sonra da dünyaya verəcəyi hələ çox mesajları olacaq.
#Şuşa teqi istifadə olunub
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
- Üç ölkənin azərbaycanlı din xadimləri Şuşada - Baku TV
- Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV
- "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" | Şuşada daşlara həkk olunan məsuliyyətsizlik - Baku TV
