Trans-Xəzər Fiber-Optik Kabel xətti yaxın aylarda istifadəyə veriləcək | İlham Əliyev - Baku TV
Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.
Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir:
"Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb. Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir".
İlham Əliyev vurğulayıb ki, bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazid məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
#İlham Əliyev teqi istifadə olunub
- Özbəkistana mühüm səfər | Prezidentin rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV
- Daşkənddə Ali Dövlətlararası Şuranın üçüncü iclası | Əməkdaşımız detalları açıqladı - Baku TV
- Prezident İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - Baku TV
- Prezident İlham Əliyevin Özbəkistanda təntənəli qarşılanma mərasimi - Baku TV
- İlham Əliyev Daşkənddə Müstəqillik abidəsinin önünə əklil qoydu - Baku TV
