Türkiyə məsələyə qarışa bilər | Mirzoyan sülh sazişi ilə bağlı sualları cavablandırdı
“Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynaya bilər”.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
“Düşünürəm ki, əgər biz Ermənistan-Türkiyə münasibətlərini tam tənzimləsək, o zaman bu, mütləq Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına da müsbət təsir göstərəcək”, ‒ deyə A.Mirzoyan bildirib.
“Türkiyə bu prosesdə müsbət rol oynaya bilərmi?” sualına isə nazir “Birmənalı olaraq, bəli” cavabını verib.
Türkiyənin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məkanına çevrilə biləcəyinə gəlincə, A.Mirzoyan bunun əhəmiyyət daşımadığını qeyd edib.
Sənədin Azərbaycan-Ermənistan sərhədində imzalanması ilə bağlı fikir də irəli sürülüb və bir neçə başqa paytaxt da öz xidmətlərini təklif edib.
Sülh sazişindən söhbət açan A.Mirzoyan əlavə edib: “Biz sülh sazişi layihəsinin mətnini razılaşdıra bilmişik və o, imzalanmağa tam hazırdır. Bu, kifayət qədər böyük nailiyyətdir. Deyərdim ki, tarixi hadisədir.
Uzun illər davam edən münaqişədən sonra razılığa gələ bildik”.
#Ermənistan teqi istifadə olunub
- “Üçbaşlı müharibə partiyası”nın baş nazirliyə bir namizədi var, o da...” | Rubinyandan açıqlama
- Jurnalistin bu sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı
- Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV
- "Ermənistan blokadadan çıxır, amma..." | Paşinyandan Azərbaycanla bağlı diqqətçəkən mesaj - Baku TV
- "İran münaqişəsi Ermənistan-Azərbaycan sülh prosesini təhlükə altına alır" - BİZDƏN NƏ DANIŞIRLAR?
