Türkiyənin Konya şəhərində müxtəlif ölkələrin iştirakı ilə beynəlxalq təlim keçirilir
Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə təlim iştirakçıları Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.
Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
