Pleyeri seçin:

Türklər Ermənistan üçün strateji əhəmiyyət kəsb edən hissələrdə yerləşib, ölkəni ikiyə bölüblər

19 mart 2024 447 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Zəngibasar türkləri hücuma keçsə, vedililərə qoşulsa, Ermənistan dağılacaq” adlı veriliş hazırlanıb.

Verilişdə 1918-ci ildə Qafqazda özünə qondarma dövlət quran erməni-daşnak dəstəsinin dinc əhalini qırmasından, bütün mahallarda azərbaycanlılara qarşı soyqırımı törətməsindən və kütləvi qovmasından bəhs olunur.

Bildirilib ki, Zəngibasar mahalında törədilən vəhşiliyin, amansız qətliamın tarixdə təkrarı olmayıb: “Erməni tarixçiləri bu qətliamı “mərkəzi erməni hökumətinə tabe olmayan əhalinin üsyanı və bu üsyanın yatırılması” kimi qeyd edirlər.

Çağdaş erməni tarixinə həsr olunmuş mediamax.am portalının “Respublika” layihəsində bu hadisələr haqqında qeydlərdə yerli Azərbaycan əhalisinin qəhrəmanlıqla müdafiə olunması öz əksini tapıb. Tarixi saxtalaşdıran erməni mənbələri azərbaycanlıları tatar əhalisi kimi qeyd ediblər”.

Qeyd olunub ki, o dövrdə “erməni başbilənləri” üçün Zəngibasar və Vedidə yaşayan azərbaycanlılar İrəvan üçün ən böyük təhlükə sayılıb. Onların fikrincə, əgər Zəngibasar azərbaycanlıları hücuma keçsə və vedililərə qoşulsa, Ermənistan dağılacaq.

Diqqətə çatdırılıb ki, bu “qorxu”ya görə daşnak erməni qoşunları 1918-ci ilin iyununda İrəvan quberniyasında 200-dən çox müsəlman kəndini dağıdıb:

“İki ay ərzində ermənilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndi məhv edilib. Erməni tarixçilərinin özlərinin etirafına görə, ermənilər evləri talan edib, kəndi tamamilə yandırıblar ki, bir daha əhali öz evlərinə qayıda bilməsin. Daşnak silahlı qüvvələri bütün azərbaycanlı kəndlərini viran qoyub, əhaliyə divan tutub qırğınlar törədib”.

Sonda vurğulanıb ki, bütün bu müsibətlər yalnız 1920-ci ilin sonunda Ermənistanda Sovet hakimiyyəti qurulanda səngisə də, amma bitməyib:

“1988-ci ilə qədər Zəngibasar əhalisini daim təzyiqdə saxlayan ermənilər nəhayət arzularına çatdılar, xüsusi qəddarlıq və amansızlıqla Zəngibasar mahalında yaşayan yerli azərbaycanlı əhalini qovdular, türksüz Zəngibasar, Ermənistan niyyətlərini həyata keçirdilər”.

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

Siyasət
06 sentyabr 2026 447 baxış
Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Siyasət
06 sentyabr 2026 447 baxış
150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
05 sentyabr 2026 447 baxış
Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Siyasət
05 sentyabr 2026 447 baxış
"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

Siyasət
05 sentyabr 2026 447 baxış
Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Siyasət
05 sentyabr 2026 447 baxış
"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

Siyasət
05 sentyabr 2026 447 baxış
Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Siyasət
05 sentyabr 2026 447 baxış
“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

Siyasət
05 sentyabr 2026 447 baxış
Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
05 sentyabr 2026 447 baxış
Seçilmişlər
icon