Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin Trampın xüsusi elçisi ilə görüşü olub
Avqustun 7-də Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Sonra Prezident İlham Əliyevlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.
Görüşdə Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.
Söhbət zamanı Azərbaycanla Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV
- ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR
- Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV
- ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV
