Pleyeri seçin:

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyadan dezinformasiyaya dair açıqlama

02 iyul 2025 539 baxış

İran İslam Respublikası ilə İsrail dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalıb.

Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası açıqlama yayıb.

Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilib, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə edilib.

Eyni zamanda İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə Azərbaycan vətəndaşlarını müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar edilib.

Komissiyanın hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillə, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız “TikTok” platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür.

Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Siyasət
23 sentyabr 2026 539 baxış
Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Siyasət
23 sentyabr 2026 539 baxış
İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
23 sentyabr 2026 539 baxış
BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

Siyasət
23 sentyabr 2026 539 baxış
Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Siyasət
23 sentyabr 2026 539 baxış
Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Siyasət
23 sentyabr 2026 539 baxış
İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

Siyasət
23 sentyabr 2026 539 baxış
ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

Siyasət
23 sentyabr 2026 539 baxış
Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Siyasət
23 sentyabr 2026 539 baxış
Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Siyasət
22 sentyabr 2026 539 baxış
Seçilmişlər
icon