Pleyeri seçin:
Xəzəryanı ölkələr risklərə qarşı ortaq yol axtarışında | Vüqar Rəhimzadədən şərh - Baku TV
“Cənab Prezident İlham Əliyev sabah Türkmənistanda Xəzəryanı ölkələrin və Xəzər dənizinin problemlərinə həsr olunmuş mühüm sammitdə iştirak edəcək. Hesab edirəm ki, bu görüşdə Xəzər dənizinin vəziyyəti müzakirə olunacaq və problemin aradan qaldırılması ilə bağlı ortaq təkliflər irəli sürüləcək”.
Bunu Baku TV-yə açıqlamasında millət vəkili Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Azərbaycan Xəzər dənizindəki mövcud problemlərlə bağlı hər zaman mühüm çağırışlar və təşəbbüslərlə çıxış edib:
“Düşünürəm ki, beş Xəzəryanı ölkə problemin həlli, ekoloji tarazlığın və bioloji ehtiyatların qorunması, çirklənmənin qarşısının alınması, həmçinin Xəzərin su səviyyəsinin azalması ilə bağlı vahid mövqe formalaşdıracaq”.
Kopyalandı
