Pleyeri seçin:

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

20 sentyabr 2026 245 baxış

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qeyd olunub.

"Bu tarixi zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, rəşadəti və qəhrəmanlığı həlledici rol oynayıb", – bəyanatda vurğulanıb.

Antiterror tədbirləri zamanı Azərbaycan tərəfinin mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirdiyi, mülki şəxslər və mülki infrastrukturu yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim hərbi obyekt və infrastrukturlarını hədəfə aldığı diqqətə çatdırılan bəyanatda dövlət suverenliyinin bərpasının regionda yeni siyasi reallıq yaratdığı qeyd olunub:

"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açılıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb.

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi görüş sülh və normallaşma prosesində mühüm mərhələ olub.

Bu gün Azərbaycan və Ermənistan liderlərinin görüşləri zamanı əldə olunan razılaşmalar regionda davamlı sülhün və sabitliyin təmin edilməsi ilə yanaşı, regional iqtisadi potensialın reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır".

Bildirilib ki, regionda iqtisadi-ticarət əlaqələrinin bərpası və bu istiqamətdə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, habelə beynəlxalq nəqliyyat və logistika marşrutlarının regional inteqrasiyasının təşviqi təkcə Azərbaycan və Ermənistan üçün yox, eləcə də bütün maraqlı tərəflər üçün yeni iqtisadi dividendlər və əməkdaşlıq imkanları yaradacaq.

Banner
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 245 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 245 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 245 baxış
Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Siyasət
04 noyabr 2026 245 baxış
Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Siyasət
04 noyabr 2026 245 baxış
“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

Siyasət
04 noyabr 2026 245 baxış
Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Siyasət
04 noyabr 2026 245 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 245 baxış
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 245 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 245 baxış
Seçilmişlər
icon