Yaşıl enerji və innovasiyalar | İki ölkə üçün hansı yeni imkanlar yaranır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi və investisiyaların həcmi mövcud potensiala uyğun deyil. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 32 milyon ABŞ dolları təşkil edib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə deyib.
O bildirib ki, hazırda Azərbaycanda 70-ə yaxın Estoniya şirkəti fəaliyyət göstərir. Onlardan 48-i aktivdir.
Nazir Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna da toxunub. O qeyd edib ki, uzun illər xam neftlə məhdudlaşan enerji əməkdaşlığına 2020-ci ilin sonlarından etibarən təbii qaz təchizatı da əlavə olunub.
Bundan başqa, Avropa İttifaqının dəstəyi, bir sıra üzv ölkələrin, Azərbaycanın və regionun digər dövlətlərinin iştirakı ilə alternativ “yaşıl enerji” layihələri ətrafında fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Avropa ilə əlaqələrdə yeni imkanlar | Hansı qapılar açılır? - Baku TV
- Azərbaycan və Aİ arasında viza rejimi sadələşə bilər? - Ceyhun Bayramovdan açıqlama - Baku TV
- Şərq-Qərb və Orta Dəhlizin potensialı artırılır - Baku TV
- Ceyhun Bayramov Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmliyinə diqqət çəkib - Baku TV
- Ceyhun Bayramov Azərbaycan-İtaliya əlaqələrindən danışdı - Baku TV
