Siyasət
Pleyeri seçin:

Zaxarovadan Ermənistana sərt reaksiya | Bu görüş Rusiyaya qarşıdır

28 mart 2024

“Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksəksəviyyəli görüş Rusiyada narahatlıq doğurur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, gözlənilən tədbirlə bağlı “Telegram” səhifəsində paylaşım edərək Qərbin Cənubi Qafqazla bağlı maraqlarını da açıqlayıb:

“ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur.

Çünki onların fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməyə, orada yeni ayırıcı xətləri yaratmağa, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır.

Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəl dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər, hansı ki, bu, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, söhbət zamanı Ermənistanın inkişafına yardım edəcək üçtərəfli əməkdaşlıq yolları müzakirə ediləcək.

Humanitar məqsədlərdən danışsalar da... | Azad olunan torpaqlarla bağlı çıxış

Humanitar məqsədlərdən danışsalar da... | Azad olunan torpaqlarla bağlı çıxış

Siyasət
27 aprel 2024
Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Siyasət
27 aprel 2024
Japarovun səfəri bəzi gözləntiləri də üstələdi  | Qırğızıstan səfiri

Japarovun səfəri bəzi gözləntiləri də üstələdi | Qırğızıstan səfiri

Siyasət
27 aprel 2024
Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Siyasət
26 aprel 2024
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

Siyasət
26 aprel 2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Siyasət
26 aprel 2024
Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Siyasət
26 aprel 2024
İlham Əliyev Berlində Almaniya Kansleri ilə görüşdü

İlham Əliyev Berlində Almaniya Kansleri ilə görüşdü

Siyasət
26 aprel 2024
Ermənistan Parlamentinin komissiya sədrindən delimitasiya prosesi ilə bağlı açıqlama

Ermənistan Parlamentinin komissiya sədrindən delimitasiya prosesi ilə bağlı açıqlama

Siyasət
26 aprel 2024
“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
26 aprel 2024
Seçilmişlər
icon