Pleyeri seçin:

Zaxarovadan Ermənistanla bağlı vacib açıqlama | ABŞ və Avropa heç bir yenilik təklif etməyib…

13 noyabr 2024 307 baxış

“Ermənistan, Azərbaycan və Rusiya 2023-cü ilin iyununda regionda nəqliyyat marşrutlarının bərpasına yaxın idilər, lakin Qərbin təzyiqi altında İrəvan işçi qruplarında və bütün üçtərəfli formatlarda iştirakını dayandırdı”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini qiymətləndirmək mümkün deyil. Mariya Zaxarova xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə sammit keçirilib.

“Bu sammitdə sülh prosesinə start verilib və onun çərçivəsində üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli işçi qrupu yaradılıb.

Bundan əlavə, razılaşma əsasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat blokadasının aradan qaldırılması, sərhədin delimitasiyası və demarkasiyası, həmçinin ölkələrin mülki cəmiyyətləri arasında əlaqələrin inkişafı kimi istiqamətləri əhatə edən üçtərəfli razılaşmalar sistemi qurulub. Bu baza sayəsində biz bir çox məsələlər üzrə real, əhəmiyyətli nəticələr əldə edə bildik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, vasitəçi rolunda çıxış edən ABŞ və Aİ heç bir yenilik təklif etməyib və yalnız Rusiyanın işləmələrini təkrarlayıb, eyni zamanda onların mahiyyətini təhrif edib.

M.Zaxarova əlavə edib ki, əslində, Qərb regionda öz təsirini gücləndirmək və Rusiya, İran və Türkiyəni sıxışdırmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır.

“Onlar üçün Cənubi Qafqaz xalqlarının taleyi əhəmiyyət kəsb etmir, onları yalnız öz ambisiyaları hərəkətə gətirir. Qərbdən fərqli olaraq biz Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və rifahında səmimi maraqlıyıq. Bu region bizim tarixi, iqtisadi və humanitar maraqlarımızın zonasıdır. Biz onun inkişafına töhfə verməyə hazırıq, çünki bu, sabitlik və təhlükəsizlik üçün əsasdır”, – deyə M.Zaxarova rəsmisi vurğulayıb. 

Banner
"Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV

"Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV

Siyasət
23 oktyabr 2026 307 baxış
“Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?

“Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?

Siyasət
23 oktyabr 2026 307 baxış
Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir

Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir

Siyasət
23 oktyabr 2026 307 baxış
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV

Siyasət
23 oktyabr 2026 307 baxış
Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV

Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV

Siyasət
23 oktyabr 2026 307 baxış
"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

Siyasət
23 oktyabr 2026 307 baxış
Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Siyasət
23 oktyabr 2026 307 baxış
İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

Siyasət
23 oktyabr 2026 307 baxış
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 307 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 307 baxış
Seçilmişlər
icon