Pleyeri seçin:
“Heyvanlara da başqa cür yanaşırlar” | Sakinlər uşaqların izlədiyi təhlükələrdən xəbərdardır?
Sosial şəbəkələrdə uşaqların izlədiyi animasiyalar göründüyü qədər məsum deyil.
Əslində, bu cür məzmunların arxasında aqressiya, şiddət, dini dəyərlərin inkarı, cinsi mesajlar və istismar kimi təhlükəli alt mənalar gizlənə bilər.
Bəs görəsən, valideynlər bu təhlükələrin nə dərəcədə fərqindədirlər? Uşaqların qarşılaşdığı risklərdən xəbərdardırlar?
Məsələ ilə bağlı fikirlər müxtəlifdir. Sakinlərdən biri belə deyib:
“Məncə, təkcə həmin videolar yox, ümumiyyətlə, sosial şəbəkələr uşaqların psixologiyasına mənfi təsir göstərir. Uşaqları erkən yaşlardan idmana yönləndirmək lazımdır”. Başqa bir sakin isə bu fikirləri bölüşüb: “Belə animasiyaları izləyən uşaqlar, hətta heyvanlara da fərqli yanaşmağa başlayırlar”.
Kopyalandı
#Sosial şəbəkələr teqi istifadə olunub
- Uşaqları zərərli informasiyalardan necə qorumalı? - Baku TV
- Uşaqların sosial şəbəkələrdə zərərli informasiyalardan qorunması barədə müzakirə - Baku TV
- Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi - Baku TV CANLI
- Azyaşlıların sosial şəbəkədən asılılığını azaltmağı nəzərdə tutan qanun - Baku TV
- Sosial şəbəkələr və dopamin mexanizmi: asılılıq necə formalaşır? - AKTUAL GÜNDƏM
