“İndi taksi sərf etmir, çünki...” | Dəyişikliklər sakinləri niyə narazı qoyub?
Bakıda taksi xidməti ilə bağlı həm sərnişinlərin, həm də sürücülərin narazılıqlarını aradan qaldırmaq məqsədilə bir sıra islahatlar həyata keçirilib.
Lakin hazırda müşahidə olunan vəziyyət bu tədbirlərin yetərli olmadığını göstərir. Problemlər yenidən gündəmə gəlməkdədir.
Bəs taksi sistemində aparılan islahatlar niyə gözlənilən nəticəni vermir? Baku TV bu sualla paytaxt sakinlərinə müraciət edib.
“Elə hallar olur ki, taksi təyinat nöqtəsində saxlaya bilmir. Mənim də bir neçə dəfə başıma gəlib, taksi başqa yerdə saxlayır və deyir ki, orada dayanmaq qadağandır. Fikrimcə, taksilər üçün xüsusi dayanacaqlar müəyyənləşdirilməlidir”, – deyə bir sakin bildirib.
“Hər kəsə aid deyil, amma elə sürücülər var ki, qaydalara əməl edirlər. Təxminən 80 faizi avtomobilini yeniləyib. Buna görə də ümumi rahatlıq artıb”, – deyə başqa bir paytaxt sakini fikrini bölüşüb.
#Taksi xidməti teqi istifadə olunub
- "Taksilərin əlindən bezmişik, evə gedə bilmirik" | "20 Yanvar”da niyə aləm bir-birinə dəyir?
- Taksilərin sayını azaltmaqla tıxacların qarşısını almaq mümkündür? - AKTUAL GÜNDƏM
- Taksi sürücülərinin diqqətinə | Nazirlər Kabinetindən yeni qərar - CANLI
- Hava limanında monitorinq | Ombudsmandan taksi xidməti ilə bağlı yeni tarifə reaksiya
- Bu yeniliklə taksi sürücüləri fırıldaqçılıq edə bilməyəcək! - Sərnişinləri sevindirən xəbər
