40 günə hazırlanan Türkiyənin ilk insanabənzər robotu "Tomyris" təqdim olunub
Türkiyənin “Biorobotec” şirkəti “Tomyris” adlı insanabənzər robot hazırlayıb.
Məlumata görə, “Tomyris” cəmi 40 gün ərzində istehsal edilib.
Üzündəki təkmilləşdirmələr sayəsində mimikaları ilə 9 fərqli duyğu göstərə bilən “Tomyris”in süni intellektlə təsvirin işlənməsi, dil, emosiya analizi və suallara cavab vermə kimi bacarıqlar əldə etmək üçün üzərində iş aparılır.
Üst bədəni istehsal edilən və üzündəki insanabənzər görünüş üçün silikon dəri araşdırmaları davam edən “Tomyris” 4 il ərzində yeni bacarıqlar qazanaraq qurum və təşkilatlarda köməkçi olaraq çalışmağı hədəfləyir.
40 gündə “Tomyris” artıq 9 fərqli emosional vəziyyəti üzündə əks etdirir. Buna görə də Türkiyənin ilk həqiqi insanabənzər robotu adlanır.
“Tomyris” hazırda üz əzələləri ilə təbəssüm, sevinc, kədər, təəccüb, qorxu kimi duyğuları rahatlıqla ifadə edə bilir.