Texnologiya
Pleyeri seçin:
“TikTok” həmişəlik qadağan olunur? - Açıqlama
ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri “TikTok” sosial şəbəkəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.
Bu barədə Amerikanın “The Hill” qəzeti bildirib.
Aydınlaşdırılır ki, bu layihənin müəllifləri demokrat Raca Krişnamurti və respublikaçı Mayk Qallagerdir. Onların fikrincə, “TikTok”un sahibi olan Çin şirkəti “ByteDance” xarici hücumçuların nəzarəti altındadır.
Nəşr qeyd edib ki, qanun layihəsi qəbul olunarsa, bu cür hərəkətlər şirkəti Çin bazarından imtina etməyə məcbur edəcək. Əks halda, bu platforma ABŞ-də qadağan edilə bilər.
Kopyalandı
Seçilmişlər