Zamanı qabaqlayan ESET | Yerli şirkətlərə süni intellekt əsaslı həllər təqdim edən şirkət
Son illər qlobal kibertəhdidlərin sayının artması Azərbaycanda da bu sahədə qabaqlayıcı tədbirlərin görülməsini aktuallaşdırır.
Bu baxımdan ölkəmizin bu istiqamətdə atdığı addımlar xarici şirkətlərin diqqətini cəlb edir.
Onların arasında kibertəhlükəsizlik sahəsində dünya liderlərindən biri kimi tanınan, 35 ildən çox fəaliyyət göstərməklə Avropanın bu istiqamətdə ən böyük şirkəti olan ESET Azərbaycan bazarında fəallığını artırmaqdadır.
Təsadüfi deyil ki, əvvəllər Rusiya vasitəsilə Azərbaycan bazarında iştirak edən şirkət artıq 3 ildir ki, ölkəmizdə nümayəndəlik yaradıb.
Hazırda dünyada 1 milyarddan çox qorunan internet istifadəçisi, o cümlədən 500 mindən çox biznes müştərisi olan şirkətin məhsulları dünyanın 200-dən çox ölkə və bölgəsində istifadə olunur. Şirkət NATO, “Google”, “İntel” kimi qurumlarla əməkdaşlıq edir.
