Pleyeri seçin:
Britaniya Parlamenti "TikTok"dan istifadəni məhdudlaşdırıb
Böyük Britaniya Parlamenti kibertəhlükəsizliklə əlaqədar Çinə məxsus olan “TikTok” tətbiqindən istifadəni qadağan etmək qərarına gəlib.
Qərar “TikTok”un bütün parlament cihazlarında, eləcə də parlamentin internet şəbəkəsində bloklanması deməkdir.
Qeyd edək ki, daha öncə Böyük Britaniya hərbçilərin “TikTok”dan istifadəsini qadağan edib. Həmçinin Şotlandiya və Britaniya hökumətinin əməkdaşları da tətbiqdən istifadə edə bilməz. Ötən ay Avropa Komissiyası da bununla bağlı müvafiq göstəriş verib. ABŞ isə keçən ilin dekabrında “TikTok”u rəsmi cihazlar üçün əlçatmaz edib.
Kopyalandı
#Böyük Britaniya teqi istifadə olunub
- Almaniya və Britaniyanın Ukraynaya hərbi dəstəyi davam edir
- Riçard Nayton Rusiyanın sürətlə güclənən hərbi qüvvələrindən narahat olduğunu bildirib
- Ukraynaya növbəti dəstək | Britaniya və Belçika Baş nazirlərindən açıqlamalar - Baku TV
- Britaniya hökuməti əhalini müharibəyə hazırlayır
- Böyük Britaniyada muzeydən oğurluq edildi
