1988-ci ildə Göyçədə keçirilən etiraz aksiyalarında səsləndirilən tələb | Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi yazıçı, ssenarist və rejissor, Qarabağ qazisi Füzuli Sabiroğlu olub.
O, doğulub boya-başa çatdığı Göyçə mahalı barədə fikirlərini bölüşüb. Bildirib ki, həmin torpaqlara dair bütün xatirələr əbədi olaraq yaddaşına həkk olunub: “Hərdən oturub fikirləşəndə yadıma salıram və görürəm ki, heç nə yaddaşımdan silinməyib və bu, mümkün deyil. Çünki bu məkan, torpaq elə bir möcüzəli yerdir ki, hətta orada doğulmayan insanın bir dəfə görməsi kifayət edir ki, yaddaşından silinməsin”.
F.Sabiroğlu bildirib ki, Göyçə mahalı Azərbaycanın aşıq sənətinin beşiyidir: “Bu, həmin torpaqlarda aşıq sənətinin daha dərin köklərə malik olması ilə bağlıdır. Təsadüfi deyil ki, “Dədə Qorqud” dastanlarından bəri həmin yerlərin adı çəkilir”.
F.Sabiroğlu 1988-ci ildə Göyçədə keçirilən etiraz aksiyalarından danışıb. O bildirib ki, noyabrın 17-də Bakıda “Meydan hərəkatı” başlayanda eyni vaxtda Göyçənin də bir neçə yerlərində etiraz əlaməti olaraq mitinqlər keçirilmişdi: “Mitinqlərin konkret məqsədi var idi: Göyçə mahalına muxtariyyət verilsin. Əhali heç nədən qorxmadan, çəkinmədən hətta rayon mərkəzində də mitinqlər keçirirdi”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
