Pleyeri seçin:

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

28 oktyabr 2026 229 baxış

Bərdə terrorunun altıncı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Terror aktının baş verdiyi ərazidə ucaldılmış xatirə lövhəsinin qarşısında təşkil olunan tədbirdə rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində Bərdəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi yad edilib. Hadisənin şahidləri və zərərçəkənlər həmin gün yaşadıqları dəhşətli anları xatırlayıblar.

“Raket hücumu nəticəsində oğlum yaralanmışdı. Onun bədənində 16 qəlpə var idi. Bu gün bizim üçün çox ağır gündür, anaların balaları ilə öldüyü gündür. Biz bu gün yaşayırıqsa, şəhidlərimizin sayəsində yaşayırıq. Onların hər birinə borcluyuq”, – deyə şəhid Məhərrəm Mustafayevin anası bildirib.

Hücum zamanı xəsarət alan Elçin Şirinov isə partlayışın baş verdiyi anı və yaşadığı dəhşəti belə xatırlayıb:

“Qəfildən çox güclü partlayış oldu. Gördüm ki, idarə etdiyim maşın yanır, ayağım zədələnib. Özümü çətinliklə maşından çıxardım. Çox qan itirmişdim. Burada çoxlu yaralılarımız, çox sayda şəhidlərimiz oldu. Allah şəhidlərimizə rəhmət etsin”.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5, 8, 27 və 28-də, eləcə də noyabrın 7-də Bərdə şəhərinin raket və ağır artilleriya atəşinə tutulması nəticəsində ümumilikdə 29 nəfər həlak olub, 112 nəfər yaralanıb. Hücumlar nəticəsində şəhərin mülki infrastrukturuna, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Banner
“Şəhid qızının pulunu verən də oldu” | 50-yə yaxın şəxsin avtomobil arzusu kabusa çevrildi - Baku TV

“Şəhid qızının pulunu verən də oldu” | 50-yə yaxın şəxsin avtomobil arzusu kabusa çevrildi - Baku TV

Cəmiyyət
17 noyabr 2026 229 baxış
Avtomobil almaq istəyənlərin 2 milyon manatlıq şikayəti - Baku TV CANLI

Avtomobil almaq istəyənlərin 2 milyon manatlıq şikayəti - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 229 baxış
17 Noyabr - Azərbaycanda Milli Dirçəliş günüdür - Baku TV

17 Noyabr - Azərbaycanda Milli Dirçəliş günüdür - Baku TV

Cəmiyyət
17 noyabr 2026 229 baxış
Ağdamda gənc tibb işçilərinin əmək hüquqları və peşəkar inkişafı barədə vacib müzakirələr - Baku TV

Ağdamda gənc tibb işçilərinin əmək hüquqları və peşəkar inkişafı barədə vacib müzakirələr - Baku TV

Cəmiyyət
17 noyabr 2026 229 baxış
Bakıxanov qəsəbəsində acınacaqlı vəziyyət hökm | Yüzlərlə ağac təhlükədə - 24 SAAT

Bakıxanov qəsəbəsində acınacaqlı vəziyyət hökm | Yüzlərlə ağac təhlükədə - 24 SAAT

Cəmiyyət
16 noyabr 2026 229 baxış
"Zibilləri parka töküb parkı məhv etməsinlər" | "Gülüstan" parkındakı acınacaqlı vəziyyət - Baku TV

"Zibilləri parka töküb parkı məhv etməsinlər" | "Gülüstan" parkındakı acınacaqlı vəziyyət - Baku TV

Cəmiyyət
16 noyabr 2026 229 baxış
Bakı–İstanbul marşrutunda optimallaşdırma | Sərnişinlər üçün yeni imkanlar - ƏSAS XƏBƏR

Bakı–İstanbul marşrutunda optimallaşdırma | Sərnişinlər üçün yeni imkanlar - ƏSAS XƏBƏR

Cəmiyyət
16 noyabr 2026 229 baxış
Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV

Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV

Cəmiyyət
16 noyabr 2026 229 baxış
"Məni oraya dırmaşanda da çəkdiniz?" | Sabunçuda gediş-gəliş müşkülə çevrildi - Baku TV

"Məni oraya dırmaşanda da çəkdiniz?" | Sabunçuda gediş-gəliş müşkülə çevrildi - Baku TV

Cəmiyyət
16 noyabr 2026 229 baxış
"Mən səhnəni sevirəm, teatrın binasını yox" | Ziya Ağadan teatr sisteminə açıq tənqid - QAPQARA

"Mən səhnəni sevirəm, teatrın binasını yox" | Ziya Ağadan teatr sisteminə açıq tənqid - QAPQARA

Cəmiyyət
16 noyabr 2026 229 baxış
Seçilmişlər
icon