"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən səkkizmərtəbəli binanın sakinləri qaz problemindən əziyyət çəkirlər.
Sakinlərin iddiasına görə, onlar ötən il Yusif adlı şəxsə binanın qazlaşdırılması üçün ümumilikdə 31 min manat pul ödəyiblər. Lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq, binaya hələ də qaz verilməyib.
Problemin həlli üçün sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək şikayətlərinin işıqlandırılmasını istəyiblər.
“Qiyasov Yusif 2025-ci il oktyabrın 21-də “Hədəf Tikinti Quraşdırma” MMC-nin ofisində binanı qazla təmin edəcəyinə söz vermişdi. Həmin ofisdə ilkin olaraq 8 min manat pul ödədik və müqavilə bağladıq. Daha sonra hər bir sakindən 1200 manat toplayaraq vəsaitin böyük hissəsini Qiyasov Yusifə təqdim etdik. Lakin o, binanı qazla təmin etmədi. Hazırda mən də daxil olmaqla 44 sakin bu vəziyyətdən narazıdır. Ödədiyimiz pulun aqibətindən də xəbərimiz yoxdur”, – sakinlərdən biri bildirib.
“Bir ildən çoxdur bizi get-gələ salıblar. Evdə soyuqdan donuruq. İşıq puluna 120-150 manat ödəyirik, amma evimiz yenə də qızmır”, – digər şikayətçi deyib.
#Xırdalan teqi istifadə olunub
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
- Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
- Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR
