Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “Xəmsə Palace 2021” MTK-nın inşa etdiyi binada mənzillərin təhvil verilməsi gecikib.
Bir neçə il əvvəl tikintisinə başlanılan binanın 2024-cü ildə tam hazır olacağına və mənzillərin sakinlərin istifadəsinə veriləcəyinə dair vədlər verilib. Lakin vətəndaşların sözlərinə görə, mənzillər deyilən vaxtda təhvil verilməyib.
Şikayətçi İlqar Mahmudov bildirir ki, yaranmış vəziyyətlə əlaqədar mənzilini satmaq qərarına gəlib. Ancaq onun sözlərinə görə, adıçəkilən MTK mənzilin satışına mane olur.
“Bina 2024-cü ildə təhvil verilməli və oğlum ailəsi ilə birgə 2025-ci ildə mənzilə köçməli idi. Ancaq verilən sözlərə və müqavilədə nəzərdə tutulan şərtlərə əməl olunmadı. Buna görə də mənzili satmaq qərarına gəldik. Müraciət etməyimizə baxmayaraq, mənzilin satışına maneələr yaradılır. Təklif edirlər ki, mənzili özlərinə aldığımız qiymətə sataq. Müxtəlif səbəblər gətirərək satışın rəsmiləşdirilməsinə mane olurlar. Mən halal evimi sata bilmirəm”, – deyə o bildirib.
#Binəqədi teqi istifadə olunub
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
- “Xəmsə Palace-2021” vətəndaşların başına oyun açıb? - "2 il əvvəl veriləcəkdi, amma..." - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV
- Quşçuluq ferması ilə bağlı şikayət: Sakinləri kəskin qoxu narahat etdi - Baku TV
