Pleyeri seçin:

Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV

18 oktyabr 2026

Uzun illər yaşadıqları evdən çıxarıldıqlarını iddia edən 12 nəfərdən ibarət üç ailə Baku TV-nin qaynar xəttinə müraciət edib.

Şikayətçilər bildirirlər ki, ev onların razılığı olmadan başqa şəxsin adına rəsmiləşdirilib.

Hadisə paytaxtın Binəqədi rayonu, Xutor yaşayış massivində baş verib.

Ailələrin sözlərinə görə, evin sənədləşdirilməsi ilə bağlı mübahisə səbəbindən onlar hazırda yaşayış yerlərini itirmək təhlükəsi ilə üzləşiblər.

Şikayətçi Nazim Qarayev bildirib ki, 37 il əvvəl öz zəhməti ilə torpaq alaraq ev tikib və ailəsi ilə birlikdə orada yaşayıb.

Onun sözlərinə görə, qardaşı oğlu evi xəbərsiz şəkildə öz adına rəsmiləşdirib və bu ilin iyun ayında evdən çıxmasını tələb edib.

“Öz zəhmətimlə torpaq alıb ev tikmişəm və illərdir burada yaşayıram. Qardaşım oğlu xəbərim olmadan evi öz adına rəsmiləşdirib. İyun ayında gəlib dedi ki, ev artıq mənimdir, çıx get”, – şikayətçi deyib.

Nazim Qarayevin sözlərinə görə, evin tikildiyi vaxt qardaşı oğlunun cəmi 9-10 yaşı olub. O, qonşuların da evin öz zəhməti hesabına tikildiyini təsdiqlədiklərini, bununla bağlı ərizə yazaraq imza topladıqlarını bildirib.

“Qonşuların hamısı ərizə yazdı ki, bu evi Nazim tikib, biz də ona kömək etmişik. İki dəfə belə müraciət etdik, amma xeyri olmadı. Binəqədi məhkəməsi hər dəfə necə qərar çıxarırsa, qarşı tərəfin xeyrinə olur”, – o bildirib.

Banner
Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV

Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV

Cəmiyyət
18 oktyabr 2026
Türkiyəli məşhur müğənni Bakıda | Sevənləri ilə bir araya gələn sənətçi nələr danışdı? - Baku TV

Türkiyəli məşhur müğənni Bakıda | Sevənləri ilə bir araya gələn sənətçi nələr danışdı? - Baku TV

Cəmiyyət
18 oktyabr 2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV

Cəmiyyət
18 oktyabr 2026
80 yaşdan yuxarı 5 mindən çox insanın məlumatları təhlil edilib

80 yaşdan yuxarı 5 mindən çox insanın məlumatları təhlil edilib

Cəmiyyət
18 oktyabr 2026
Azərbaycan müstəqilliyinin bərpasının 35-ci ildönümünü təntənə ilə qeyd edir - Baku TV

Azərbaycan müstəqilliyinin bərpasının 35-ci ildönümünü təntənə ilə qeyd edir - Baku TV

Cəmiyyət
18 oktyabr 2026
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub - Baku TV

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub - Baku TV

Cəmiyyət
17 oktyabr 2026
Füzulidə Şəhər Günü ilə bağlı tədbir təşkil olunub - Baku TV

Füzulidə Şəhər Günü ilə bağlı tədbir təşkil olunub - Baku TV

Cəmiyyət
17 oktyabr 2026
Adrenalin, sürət və həyəcanın kəsişdiyi yer: Beynəlxalq sirk şousu - Baku TV

Adrenalin, sürət və həyəcanın kəsişdiyi yer: Beynəlxalq sirk şousu - Baku TV

Cəmiyyət
17 oktyabr 2026
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub - Baku TV CANLI

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026
“İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”

“İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”

Cəmiyyət
17 oktyabr 2026
Seçilmişlər
icon