Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, Səbail rayonu, Qurban Abbasov küçəsi, 13 ünvanında yerləşən, 100 ildən çox yaşı olan binada yaşamaq onlar üçün sözün əsl mənasında təhlükəyə çevrilib.
Sakinlərin sözlərinə görə, binanın yuxarı hissəsindən taxta parçaları qoparaq aşağı düşür. Bu isə onların giriş-çıxışı zamanı təhlükə yaradır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həll olunmadığını bildirən sakinlər qorxu içində yaşadıqlarını deyirlər.
“Bina uçub-dağılır, yağış yağanda evlərimizi su basır. Həyətdə iri siçovullar və birələr var. Heç kim vəziyyətlə maraqlanmır. Bütün aidiyyəti qurumlara şikayət etmişik. Həqiqətən də, çox təhlükəli şəraitdə yaşayırıq. Hər an başımıza taxta parçası düşə bilər. Binanın 123 yaşı var. Ya söksünlər, ya da əsaslı təmir edib yeniləsinlər. Biz də insanıq, normal yaşamaq istəyirik”, – sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib ki, binanın vəziyyətinə görə hətta evdən çıxmağa belə çəkinirlər.
“Evdən çölə çıxa bilmirik. Külək əsəndə, yağış yağanda qorxuruq ki, yuxarıdan taxta düşəcək, ya da bina uçacaq”, – deyə o əlavə edib.
#Səbail rayonu teqi istifadə olunub
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
- "Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV
- Sakinlər nə edəcəyini bilmir | Badamdarda yol 4 aydır bağlıdır? - Baku TV
