"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunun Məmməd Əfəndiyev küçəsində yaşayan sakinlər parklanma problemi ilə üzləşdiklərini bildirirlər.
Onların sözlərinə görə, əvvəllər adi ödənişli parklanma üçün istifadə olunan ərazi sonradan xidməti parklanma yeri kimi müəyyənləşdirilib.
Sakinlər bildirirlər ki, dəyişiklikdən sonra avtomobillərini yaşadıqları ərazidə saxlamaq imkanları məhdudlaşıb.
Qanunvericiliyə əsasən, xidməti parklanma yerləri müəyyən qurum və təşkilatların xidməti zərurəti ilə əlaqədar nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Belə ərazilərdə müvafiq icazəsi olmayan avtomobillərin saxlanılması 40 manat məbləğində cərimə ilə nəticələnə bilər.
Eyni zamanda, parklanma yeri təşkil edilmiş avtomobil yolunun müəyyən edilmiş məsafəsində yaşayan sakinlər üçün fərdi parklanma talonunun verilməsi də nəzərdə tutulur. Bu talon vasitəsilə sakinlər müəyyən edilmiş parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Ərazidə yaşayanların əsas narazılığı ondan ibarətdir ki, küçədə xidməti parklanmanın yaradılmasını zəruri edən hər hansı idarə və ya müəssisə yoxdur. Burada əsasən yaşayış binaları yerləşir və 100-dən çox ailə yaşayır.
Şikayətçilər bildirirlər ki, avtomobillərini evlərinin yaxınlığında saxlaya bilmədiklərindən qonşu küçələrdə parklamağa məcbur qalırlar. Bu isə həmin ərazilərdə yaşayan sakinlərlə mübahisələrə səbəb olur.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV
