Pleyeri seçin:

"Zibilləri parka töküb parkı məhv etməsinlər" | "Gülüstan" parkındakı acınacaqlı vəziyyət - Baku TV

16 noyabr 2026

İnsanlar parklara təmiz hava almaq, gəzmək və dincəlmək üçün üz tuturlar. Lakin paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən Gülüstan parkına gəlmək istəyənlərin sayı getdikcə azalır. Səbəb isə ərazidəki dözülməz qoxu və antisanitar vəziyyətdir.

İddialara görə, son vaxtlar sözügedən ünvandakı evlərin, binaların və restoranların kanalizasiya suları parkın ərazisinə axıdılır. Nəticədə, burada dözülməz vəziyyət yaranıb.

Bildirilir ki, təxminən 50-60 illik tarixə malik parkda belə bir vəziyyət son aylarda müşahidə olunmağa başlayıb. Ərazidə müxtəlif növ ağaclar quruyaraq məhv olub. Bəzi ağacların isə yandığı görünür. Onların hansı səbəbdən yanması isə məlum deyil.

Burada yaşayan sakinlər, eləcə də parkı ziyarət edən vətəndaşlar vəziyyətdən narahatdırlar. Onlar hesab edirlər ki, təcili tədbirlər görülməsə, yaxın gələcəkdə parkda bir ağac belə qalmayacaq.

“Parka bir əncam çəkilməlidir. Heyifdir bu ağaclar. Kanalizasiya suları xəstəlik mənbəyidir. Minlərlə ağac quruma təhlükəsi ilə üz-üzədir. Bu tullantıları ev və villa sahibləri atırlar. Onlarla bağlı tədbir görülməli, müvafiq cərimələr tətbiq edilməlidir”, – deyə sakinlərdən biri şikayətini dilə gətirib. 

Banner
Bakı–İstanbul marşrutunda optimallaşdırma | Sərnişinlər üçün yeni imkanlar - ƏSAS XƏBƏR

Bakı–İstanbul marşrutunda optimallaşdırma | Sərnişinlər üçün yeni imkanlar - ƏSAS XƏBƏR

Cəmiyyət
16 noyabr 2026
Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV

Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV

Cəmiyyət
16 noyabr 2026
"Məni oraya dırmaşanda da çəkdiniz?" | Sabunçuda gediş-gəliş müşkülə çevrildi - Baku TV

"Məni oraya dırmaşanda da çəkdiniz?" | Sabunçuda gediş-gəliş müşkülə çevrildi - Baku TV

Cəmiyyət
16 noyabr 2026
"Mən səhnəni sevirəm, teatrın binasını yox" | Ziya Ağadan teatr sisteminə açıq tənqid - QAPQARA

"Mən səhnəni sevirəm, teatrın binasını yox" | Ziya Ağadan teatr sisteminə açıq tənqid - QAPQARA

Cəmiyyət
16 noyabr 2026
Sabunçuda kanalizasiya problemi küçəni gölə çevirdi - Baku TV CANLI

Sabunçuda kanalizasiya problemi küçəni gölə çevirdi - Baku TV CANLI

Cəmiyyət
16 noyabr 2026
Rəflərdəki hazır doğranmış meyvələr nə qədər təzədir?

Rəflərdəki hazır doğranmış meyvələr nə qədər təzədir?

Cəmiyyət
16 noyabr 2026
Bu meyvələrdən zəhərlənə bilərsiniz | Qida ekspertinden xəbərdarlıq - Baku TV

Bu meyvələrdən zəhərlənə bilərsiniz | Qida ekspertinden xəbərdarlıq - Baku TV

Cəmiyyət
16 noyabr 2026
Yüzlərlə ağac təhlükədə | "Quruyur, axı heyifdir" -  Bakıxanovda acınacaqlı vəziyyət - Baku TV

Yüzlərlə ağac təhlükədə | "Quruyur, axı heyifdir" - Bakıxanovda acınacaqlı vəziyyət - Baku TV

Cəmiyyət
16 noyabr 2026
Ev sahibi olmaq istədilər, aldadıldılar | Yasamalda eyni mənzil neçə adama satılıb? - Baku TV CANLI

Ev sahibi olmaq istədilər, aldadıldılar | Yasamalda eyni mənzil neçə adama satılıb? - Baku TV CANLI

Cəmiyyət
16 noyabr 2026
"Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV

"Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV

Cəmiyyət
16 noyabr 2026
Seçilmişlər
icon