Pleyeri seçin:

Bir ev necə 3 ünvanda ola bilər? | Çıxılmaz vəziyyətdə qalan sakin kömək istədi - Baku TV

04 sentyabr 2026 195 baxış

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan vətəndaş ünvan uyğunsuzluğu ilə bağlı problem yaşadığını bildirir.

Usta Baba Pirməmməd küçəsində yerləşən evin ünvanı müxtəlif sənədlərdə fərqli göstərilib. Belə ki, vətəndaşın şəxsiyyət vəsiqəsində 25, evin giriş qapısında 59, çıxarışda isə 57 nömrəsi qeyd olunub.

Vətəndaşın sözlərinə görə, problem 2016-cı ildə küçədə yeni ünvan nömrələrinin yerləşdirilməsindən sonra yaranıb. O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin problemin həll olunmadığını deyir.

Vətəndaş xüsusilə gələcəkdə vərəsəlik və digər hüquqi məsələlər zamanı övladının bu problemi həll edə bilməyəcəyindən narahat olduğunu bildirir.

“Mən dünyamı dəyişsəm, övladım bunu heç cür həll edə bilməyəcək. Məsələyə indi baxmırlarsa, bundan sonra heç həll etməyəcəklər”, – deyə o söyləyib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Prezidentin 10 fevral 2012-ci il tarixli fərmanına əsasən, daşınmaz əmlak obyektlərinə ünvanlar həmin fərmanla təsdiq edilmiş qaydalara uyğun müəyyən edilir. Hazırda köhnə ünvanlardan yeni ünvanlara keçid prosesi davam edir.

Qeyd edilib ki, vətəndaşın şəxsiyyət vəsiqəsində və mülkiyyətində olan fərdi yaşayış evinin çıxarışında köhnə ünvan göstərilibsə və ya ünvan uyğunsuzluğu mövcuddursa, problemin aradan qaldırılması və hər iki sənəddə yeni, düzgün ünvanın qeyd edilməsi üçün “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət etmək mümkündür.

Banner
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Cəmiyyət
08 oktyabr 2026 195 baxış
Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 195 baxış
İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 195 baxış
Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Cəmiyyət
07 oktyabr 2026 195 baxış
Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 195 baxış
"Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV

"Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 195 baxış
Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR

Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR

Cəmiyyət
07 oktyabr 2026 195 baxış
“Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV

“Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 195 baxış
“Bəzilərində o dərəcədə tərləmə olur ki...” | Qolaltı botoks xərçəng yaradır? - Baku TV

“Bəzilərində o dərəcədə tərləmə olur ki...” | Qolaltı botoks xərçəng yaradır? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 195 baxış
Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV

Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 195 baxış
Seçilmişlər
icon