Pleyeri seçin:

"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

17 noyabr 2026 71 baxış

Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 ünvanında yerləşən fərdi yaşayış evlərinin bir qismi sökülüb. Ərazidə hələ də bir neçə ailə yaşayır. Sonuncu güclü külək zamanı böyük bir ağacın aşması isə buradakı evlərdən bir neçəsinə ziyan vurub, sakinləri çətin vəziyyətə salıb.

Onlar ağacın aşmasına səbəb kimi ərazidə aparılan söküntü işlərini və qazıntı zamanı torpağın boşaldılmasını göstərirlər.

Şikayətçi Nemət İsmayılovun sözlərinə görə, ağacın aşması nəticəsində qaz xətti qırılıb, evə ziyan dəyib. Hadisə zamanı valideynləri də evdə olub və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları pəncərədən çıxarmağa məcbur qalıblar:

“Bəziləri ağacın aşmasını güclü küləklə əlaqələndirə bilər. Amma məncə, əsas səbəb ağacın dibində torpağın boşalmasıdır. Bu da ərazidə aparılan söküntü işləri ilə bağlı ola bilər. Torpaq qazılıb, ağacın kökləri boşalıb və güclü küləyə tab gətirməyərək aşıb. Nəticədə, qaz xətti tamamilə qırılıb, evin içərisinə də müəyyən ziyan dəyib. Təxminən 100 ilin ağacıdır. Biz 40 ildir burada yaşayırıq, indiyədək niyə aşmırdı? Hesab edirəm ki, buna səbəb söküntü zamanı qazıntı işlərinin düzgün aparılmamasıdır”.

Nemət İsmayılov ərazidə qalan səkkiz ailənin tikinti şirkəti ilə razılığa gələ bilmədiyini də bildirib. Onun sözlərinə görə, sakinlər əvvəlki qonşularına təklif olunan şərtlərlə razılaşmaq istəyirlər. Lakin şirkətin təklif etdiyi yaşayış sahəsi ailələrin ehtiyaclarını qarşılamır:

“Burada səkkiz ailə qalıb.Əvvəl gedən qonşulara hansı təkliflər olunubsa, burada qalanlara da eyni şərtlər təklif edilməlidir. Mənim evim 3 otaqlıdır. Orada 6 nəfərlik ailə yaşayır. Şirkətin təklif etdiyi mənzil isə ailəmizin ehtiyaclarını qarşılamaya bilər. Altı nəfər necə iki otaqda yaşasın?!”.

Tikinti şirkətinin nümayəndəsi isə ağacın aşmasını təbii fəlakət kimi qiymətləndirib. O bildirib ki, hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Şirkətin məsuliyyət daşıdığı hər hansı hal müəyyən edilərsə, dəymiş ziyanın qarşılanmasına hazırdırlar.

“Mən bu şəxsi, bəlkə də, 15-20 dəfə qəbul etmişəm, 10 dəfə də şəxsən evinə getmişəm. Ona 119 kvadratmetr sahəsi olan mənzil təklif etmişik. Lakin o bununla razılaşmır. Məsələ ilə bağlı hüquqi qaydada məhkəməyə müraciət etmişik. Hansı qərarı verilsə, biz də ona uyğun hərəkət edəcəyik. Əgər tərəflər arasında razılıq əldə olunsa, məhkəməyə müraciətimizi geri götürə bilərik”, – deyə o əlavə edib.

Banner
Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Cəmiyyət
17 noyabr 2026 71 baxış
"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

Cəmiyyət
17 noyabr 2026 71 baxış
Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Cəmiyyət
17 noyabr 2026 71 baxış
2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

Cəmiyyət
17 noyabr 2026 71 baxış
Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Cəmiyyət
17 noyabr 2026 71 baxış
Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 71 baxış
Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 71 baxış
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Cəmiyyət
17 noyabr 2026 71 baxış
"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

Cəmiyyət
17 noyabr 2026 71 baxış
Xırdalanda bitmək bilməyən qazıntı | Sakinlərin etirazına cavab verən olacaq? - Baku TV

Xırdalanda bitmək bilməyən qazıntı | Sakinlərin etirazına cavab verən olacaq? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 71 baxış
Seçilmişlər
icon