Pleyeri seçin:

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

06 noyabr 2026 44 baxış

Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 145 ünvanında yerləşən binanın həyətinə aparan yol sakinlər üçün təhlükə mənbəyinə çevrilib.

Keçidin tavanındakı taxta konstruksiyalar köhnəlib, örtüyün bəzi hissələri dağılıb. Nəticədə, vətəndaşların üzərinə mütəmadi olaraq daş, qum və beton parçaları tökülür.

Sakinlərin sözlərinə görə, keçidin vəziyyəti ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək əsaslı təmir işləri aparılmayıb. Hətta qopan daş parçalarından biri uşağın başına düşüb.

Şikayətçilər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirərək akt tərtib edib və məsələni icra hakimiyyətinə yönləndirəcəklərini bildiriblər. Lakin bundan sonra da hər hansı tədbir görülməyib.

“Biz dəfələrlə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. FHN gəlib akt tərtib edib, məsələni icra hakimiyyətinə yönləndirəcəyini deyib. Oradan da məktub gəlib ki, tədbir görüləcək. Amma bu günə qədər heç bir dəyişiklik yoxdur. Uşaqlarım binanın girişinə çatanda mənə zəng edirlər, gedib onları qarşılayıram ki, başlarına daş düşməsin”, – sakinlərdən biri deyib.

Digər sakin isə problemin dəfələrlə kiçik müdaxilələrlə aradan qaldırılmağa çalışıldığını, lakin bunun nəticə vermədiyini bildirib:

“Bir neçə dəfə mənim də, övladlarımın da çiyninə daş düşüb. Heç olmasa, gəlib damın üstünü təmir etsinlər ki, biz də rahat gedib-gələ bilək”.

Banner
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 44 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 44 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 44 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 44 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 44 baxış
Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV

Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV

Cəmiyyət
06 noyabr 2026 44 baxış
"Onun avamlığından istifadə etmisən!” | Qadının xəbəri olmadan evi başqasına verilib? - Baku TV

"Onun avamlığından istifadə etmisən!” | Qadının xəbəri olmadan evi başqasına verilib? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 44 baxış
“Bizi aldadırlar, heç kimin vecinə deyil!” | “Ləzzət Dünyası”nın rəhbəri şikayətə necə cavab verdi?

“Bizi aldadırlar, heç kimin vecinə deyil!” | “Ləzzət Dünyası”nın rəhbəri şikayətə necə cavab verdi?

Cəmiyyət
06 noyabr 2026 44 baxış
Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu

Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu

Cəmiyyət
06 noyabr 2026 44 baxış
ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

Cəmiyyət
06 noyabr 2026 44 baxış
Seçilmişlər
icon