Pleyeri seçin:

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

06 noyabr 2026 43 baxış

Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində şəhid Məmmədov Məmməd Mirzəli oğlunun xatirəsinə yaradılmış bulaq yararsız vəziyyətə düşüb.

Baku TV-nin qaynar xəttinə müraciət edən Elvin Məmmədov 1994-cü ildə könüllü olaraq cəbhəyə yollanan və Füzulidə şəhid olan atası Məmməd Məmmədovun xatirəsinə yaradılmış bulağın hazırkı vəziyyətindən narazıdır.

Şikayətçinin sözlərinə görə, atası şəhid olduqdan sonra ailəsi öz hesabına yaşadıqları evin yaxınlığında onun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq və xatirə lövhəsi inşa etdirib. Lakin illər keçdikcə bulaq baxımsız vəziyyətə düşüb. Hazırda nə oradan su axır, nə də əvvəlki görünüşündən əsər-əlamət qalıb.

Elvin Məmmədov iddia edir ki, bulağa verilən su bilərəkdən dayandırılıb. O, ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsə də, indiyədək müsbət nəticə əldə etmədiyini bildirir.

“Uzun illər ərzində baxımsızlıq və göstərilən etinasızlıq nəticəsində abidə bu vəziyyətə düşüb. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir geri dönüş olmayıb və hər hansı tədbir görülməyib”, – deyə Elvin Məmmədov bildirib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş Məmmədov Elvin Məmməd oğlunun atası – şəhid Məmmədov Məmməd Mirzəli oğlunun xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar öz büdcəsi hesabına tikilmiş xatirə lövhəsinin və bulağın bərpasına köməklik göstərilməsi barədə İcra Hakimiyyətinə ünvanladığı müraciətə baxılıb:

“Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfimizdən araşdırma aparılarkən müəyyən olunub ki, vətəndaş Məmmədov Elvin Məmməd oğlu məhkəmədə iddia qaldıraraq Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə əvvəllər yaşadığı Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində yerləşən şəhid Məmmədov Məmməd Mirzəli oğlunun xatirə lövhəsinin dövlət vəsaiti hesabına təmir edilməsi, bərpa edilməsi və ətrafının abadlaşdırılması barədə öhdəliyin Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Vətəndaş Məmmədov Elvinin qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı Rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra məsələyə yenidən baxılacaq”.

Banner
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 43 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 43 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 43 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 43 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 43 baxış
Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV

Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV

Cəmiyyət
06 noyabr 2026 43 baxış
"Onun avamlığından istifadə etmisən!” | Qadının xəbəri olmadan evi başqasına verilib? - Baku TV

"Onun avamlığından istifadə etmisən!” | Qadının xəbəri olmadan evi başqasına verilib? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 43 baxış
“Bizi aldadırlar, heç kimin vecinə deyil!” | “Ləzzət Dünyası”nın rəhbəri şikayətə necə cavab verdi?

“Bizi aldadırlar, heç kimin vecinə deyil!” | “Ləzzət Dünyası”nın rəhbəri şikayətə necə cavab verdi?

Cəmiyyət
06 noyabr 2026 43 baxış
Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu

Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu

Cəmiyyət
06 noyabr 2026 43 baxış
ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

Cəmiyyət
06 noyabr 2026 43 baxış
Seçilmişlər
icon