MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Yeniliklərdən dərhal xəbərdar olun
MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir.
Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlıq düşüncəsini formalaşdırmaq, maliyyə savadlılığını, liderlik və qərarvermə bacarıqlarını inkişaf etdirmək, eləcə də biznes ideyalarının praktik layihələrə çevrilməsi üçün zəruri bilik və ilkin təcrübə qazandırmaqdır.
Tədris proqramının strukturu
I BÖLMƏ. NƏZƏRİYYƏ — İqtisadiyyat və sahibkarlığın əsasları
7 noyabr 2026 – 9 yanvar 2027. İştirakçılar biznesin əsasları, sahibkarlıq, biznes planının hazırlanması, məhsulun yaradılması, təchizatçıların və materialların seçilməsi, büdcələşdirmə və qiymətqoyma ilə tanış olacaqlar. Bölmə çərçivəsində PR, marketinq, satış və biznesin inkişafı istiqamətləri də öyrəniləcək.
II BÖLMƏ. PRAKTİKA — Biznes təfəkkürü və qərarların qəbulu
16 yanvar – 13 mart 2027. Bu mərhələdə biznes düşüncəsinin, analitik yanaşmanın və qərarvermə bacarıqlarının inkişafına diqqət yetiriləcək. İştirakçılar əldə etdikləri bilikləri praktiki tapşırıqlar vasitəsilə tətbiq edəcəklər.
III BÖLMƏ. LAYİHƏ — Sahibkarlığın praktikada tətbiqi
17 aprel – 7 iyun 2027. Yekun mərhələdə iştirakçılar sahibkarlıq biliklərini layihə üzərində tətbiq edəcək, biznes ideyalarının hazırlanması və təqdimatı üzrə praktiki təcrübə əldə edəcəklər.
Proqram çərçivəsində inkişaf etdiriləcək bacarıqlar və imkanlar
· Maliyyə savadlılığı və büdcə planlaşdırılması;!--[endif]-->!-->
· Liderlik və effektiv qərarvermə;!--[endif]-->!-->
· Komanda ilə işləmək və əməkdaşlıq bacarıqları;!--[endif]-->!-->
· Real biznes layihələri üzərində praktiki iş və qrant imkanları;!--[endif]-->!-->
· Startap Forumunda və milli çempionatda iştirak;!--[endif]-->!-->
· Proqramı uğurla başa vuran iştirakçılar üçün beynəlxalq sertifikat.!--[endif]-->!-->
Tədris formatı və qeydiyyat
Dərslər hər şənbə günü, 2 saat müddətində keçiriləcək. İştirakçılar yaş kateqoriyalarına uyğun qruplara bölünəcəklər. Proqram üzrə tədris materialları MiniBoss Business School tərəfindən təmin olunur.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 134
Əlaqə və qeydiyyat: +994 50 226 56 65
Qeyd: Proqramın bütün dərsləri və tədris prosesi ingilis dilində həyata keçiriləcək.
#Miniboss Business School Baku teqi istifadə olunub
- Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV
- “Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı
- “MiniBoss Business School Baku”da startaplar üzrə milli çempionat keçirilib - Baku TV
- Bakıda sahibkarlıq sahəsində yeniyetmə və uşaqlar üçün nəzərdə tutulmuş forum keçirilib - Baku TV
- "MiniBoss Business School Baku"nun şagirdlərinə mükafatlar təqdim olundu
