“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

20 oktyabr 2026 17 baxış

“Leonardo Art School” və “MiniBoss Business School” 8-13 yaş arası uşaqlar üçün “Kreativ sahibkar – yaradıcılıqdan biznesə” birgə təhsil proqramının başladığını elan etdi.

"Kreativ sahibkar" – uşaqların yaradıcılıq və biznes sahəsində ilkin bacarıqlarını birləşdirmək, komanda işi bacarıqlarını inkişaf etdirmək və öz ideyalarını həyata keçirmək istiqamətində ilk addımlarını atmaq üçün bir fürsətdir.

İştirakçılar 4–5 nəfərdən ibarət komandalar formalaşdıracaq və 90 akademik saatı əhatə edən kurs keçəcəklər.

İştirakçılar öz layihələrini Startap Forumunda təqdim edə, MiniBoss Milli Çempionatında iştirak edərək, startapın sonrakı inkişafı üçün qrant uğrunda mübarizə apara biləcəklər.

Proqram çərçivəsində iştirakçılar iki mərhələdən keçəcəklər.

Yaradıcılıq laboratoriyası – ideyaların axtarışı, məhsulların yaradılması, loqotip hazırlanması və brend üslubunun formalaşdırılması.

Biznes laboratoriyası – sahibkarlığın əsasları, hədəf auditoriya, qiymətin müəyyən edilməsi, biznes modelləri, marketinq və satışın öyrənilməsi.

Gənc iştirakçılar yaradıcı ideyaları real məhsullara çevirə, öz startaplarını Startap Forumunda təqdim edə və layihələrinin sonrakı inkişafı üçün qrant uğrunda mübarizə apara biləcəklər. Sonda iştirakçılar proqramda iştirakını təsdiq edən adlı sertifikatlar alacaqlar.

Proqramın əsas məqsədi uşaqlara yaradıcı ideyaları real məhsullara çevirməyi, öz brendlərini yaratmağı və biznes layihələr hazırlamağı öyrətməkdir.

Qeyd edək ki, MiniBoss Business School dünyanın 27 ölkəsində 70-dən çox filialı birləşdirən beynəlxalq təhsil şəbəkəsidir. Məktəbin metodologiyası 6–17 yaş arası uşaqların sahibkarlıq potensialının üzə çıxarılmasına, liderlik keyfiyyətlərinin inkişafına və biznes təfəkkürünün formalaşmasına yönəlmişdir.

Hər il MiniBoss tələbələri öz layihələrini Startap Forumunda təqdim edir, həmçinin milli və beynəlxalq çempionatlarda iştirak edərək dəyərli təcrübə və yeni biliklər qazanırlar. Proqram çərçivəsində şagirdlər təkcə biznes ideyalar hazırlamır, həm də onların reallaşdırılması üçün qrantlar alır, layihələri real biznes təşəbbüslərinə çevirir və ilk gəlirlərini əldə edirlər. Bu yanaşma uşaqlara sahibkarlığın praktik əsaslarını, maliyyə məsuliyyətini mənimsəməyə və gələcək biznes fəaliyyəti üçün təməl qoymağa kömək edir.

Leonardo Art School – təkcə bədii qabiliyyətlərin deyil, həm də kreativ təfəkkürün, təxəyyülün və yeni yaratmaq bacarığının inkişafına yönəlmiş müasir rəssamlıq məktəblərinin beynəlxalq şəbəkəsidir. Məktəbin unikal metodikası və müəllif proqramı ilə uşaqlar və böyüklər rəsm çəkməyi, yaratmağı və obrazlı təfəkkürü inkişaf etdirməyi öyrənirlər.

Qeydiyyat və əlavə məlumat üçün:

• Telefon: +994 10 226 56 65

• Ünvan: Ağ Şəhər, 2-ci Yaşıl Ada küçəsi, Təməl Park

Banner
6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
“İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV

“İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
"Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV

"Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI

Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
“Çənəm sinəmə tikildi, o vəziyyətdə...” | Yanğında ölən Könül Vəlibəylinin qızı niyə bu haldadır?

“Çənəm sinəmə tikildi, o vəziyyətdə...” | Yanğında ölən Könül Vəlibəylinin qızı niyə bu haldadır?

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
Tələbələrin şikayətinə Pedaqoji Universitet necə reaksiya verdi? - Baku TV CANLI

Tələbələrin şikayətinə Pedaqoji Universitet necə reaksiya verdi? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
“Ayaqyolu pis gündədir, yuxarıdan su damır” | Pedaqoji Universitet təhlükəli haldadır? - Baku TV

“Ayaqyolu pis gündədir, yuxarıdan su damır” | Pedaqoji Universitet təhlükəli haldadır? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
Qəhvə ilə meyvənin birlikdə qəbulu hüceyrələrin qocalma prosesini ləngidə bilir

Qəhvə ilə meyvənin birlikdə qəbulu hüceyrələrin qocalma prosesini ləngidə bilir

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV

Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
Böyük Qayıdışın başladığı rayon | Zəngilan necə azad olundu? - Baku TV

Böyük Qayıdışın başladığı rayon | Zəngilan necə azad olundu? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 17 baxış
Seçilmişlər
icon