“İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunun Hövsan qəsəbəsində, Elzar Yusubov küçəsində yolun bərbad vəziyyətdə olması sakinlərin gediş-gəlişini çətinləşdirir.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, problem illərdir davam edir. Xüsusilə yağışlı havalarda ərazidə hərəkət etmək demək olar ki, mümkünsüz olur. Yolda yaranan palçıq və gölməçələr həm piyadaların, həm də sürücülərin hərəkətinə maneə yaradır.
Şikayətçilər bildirirlər ki, ərazidə 6 mindən çox insan yaşayır. Sakinlər xüsusilə xəstələrin daşınması zamanı çətinliklərlə üzləşdiklərini, yolun vəziyyətinə görə təcili tibbi yardım avtomobillərinin və taksilərin bəzən ünvana gedə bilmədiyini qeyd edirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhəllədaxili yollar yerli icra hakimiyyətinin balansındadır. Problemlə bağlı aidiyyəti qurum tərəfindən məsələyə aydınlıq gətiriləcəyi qeyd olunub.
#Hövsan qəsəbəsi teqi istifadə olunub
- Hövsan qəsəbəsinə mediatur təşkil edilib
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV
- Zeytun sovxozunda aparılan işlər etiraz doğurdu
- “Zibilliyə döndərmişdilər” | Hövsanda xeyir-şər evi qalmaqalı sakinləri özündən çıxardı - Baku TV
