“Zibilliyə döndərmişdilər” | Hövsanda xeyir-şər evi qalmaqalı sakinləri özündən çıxardı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunun Hövsan qəsəbəsində, 1 saylı Zeytun sovxozunda yerləşən ərazidə sakinlərin öz vəsaitləri hesabına inşa etdiyi tikili Dövlət Əmlak Xidməti tərəfindən sökülüb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazi 2011-ci ildə zibillik olub. Onların müraciətindən sonra ərazi icra hakimiyyəti tərəfindən təmizlənib və burada xeyir-şər evinin tikiləcəyi bildirilib.
Sakinlərin iddiasına görə, illər keçməsinə baxmayaraq, ərazidə tikinti ilə bağlı heç bir iş görülməyib. Buna görə də onlar icra hakimiyyətindən razılıq aldıqdan sonra öz vəsaitləri hesabına tikintiyə başlayıblar. Lakin işlərə başlanıldıqdan sonra Dövlət Əmlak Xidmətinin əməkdaşları əraziyə gələrək tikilini söküblər.
Sakinlər bildirirlər ki, tikintinin qanunsuz olduğu onlara əvvəlcədən bildirilməyib. Onların sözlərinə görə, sənədləri qaydasına salmaq üçün möhlət istəsələr də, müraciətləri nəzərə alınmayıb.
#Hövsan qəsəbəsi teqi istifadə olunub
- Hövsan qəsəbəsinə mediatur təşkil edilib
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV
- Zeytun sovxozunda aparılan işlər etiraz doğurdu
