Pleyeri seçin:
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Zaur Rzayev vəfat edib.
Bu barədə onun oğlu məlumat verib.
Zaur Rzayev bu gün müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artistinin vəziyyəti oktyabrın 14-də pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Kopyalandı
