Pleyeri seçin:

Yaşayış minimumu artsa, aliment məbləği necə dəyişəcək? | Hüquqşünasdan açıqlama - Baku TV

29 oktyabr 2026 82 baxış

Azərbaycanda uşaqlar üçün yaşayış minimumunun 2027-ci ildə 274 manata çatdırılması aliment məbləğlərinin artırılması məsələsini gündəmə gətirir.

Lakin yaşayış minimumunun yüksəlməsi alimentin avtomatik artırılması demək deyil. Hüquqşünas Əsgər Abdullayev məsələ ilə bağlı hüquqi prosedurları izah edib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment bir qayda olaraq valideynin gəlirinin müəyyən hissəsi şəklində tutulur. Bir uşağa görə gəlirin dörddəbiri, iki uşağa görə üçdəbiri, üç və daha çox uşağa görə isə yarısı aliment kimi ödənilir.

Hüquqşünas bildirib ki, valideynin gəliri olmadıqda, qeyri-müntəzəm dəyişdikdə və ya gəlirdən pay şəklində tutulma mümkün olmadıqda aliment sabit pul məbləğində müəyyən edilə bilər.

“Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, aliment sabit pul məbləğində tutulduqda uşaq yaşayış minimumundan az olmayan məbləğdə aliment almaq hüququna malik olur. Məhkəmələr bir qayda olaraq bu mövqeyi nəzərə alır”, – deyə Əsgər Abdullayev qeyd edib.

O bildirib ki, uşaqlar üçün yaşayış minimumunun artırılması alimentin məbləğinin avtomatik yüksəlməsinə səbəb olmur. Alimentin məbləği məhkəmə tərəfindən müəyyən edilibsə, tərəf yenidən məhkəməyə müraciət edərək onun artırılmasını tələb edə bilər.

Əsgər Abdullayevin sözlərinə görə, əvvəlki illərdə müəyyən edilmiş aliment məbləğlərinin yeni göstəricilərə uyğunlaşdırılması indeksasiya yolu ilə də həyata keçirilə bilər. Aliment minimum əməkhaqqının müəyyən misli əsasında təyin edildikdə minimum əməkhaqqı artdıqca ödənişin məbləği də yüksəlir.

“Aliment konkret sabit məbləğdə müəyyən edilibsə, tərəflər məhkəməyə müraciət edərək onun artırılmasını tələb edə bilərlər”, – deyə hüquqşünas vurğulayıb.

Kopyalandı
Banner
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi - Baku TV

Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
"Heyvan döyüşlərini əyləncəyə çevirmək vəhşilikdir" | "Heyvanı canlı hədəfə çevirmək olmaz" - AMİN

"Heyvan döyüşlərini əyləncəyə çevirmək vəhşilikdir" | "Heyvanı canlı hədəfə çevirmək olmaz" - AMİN

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
Əvvəlki məbləğlər yeni göstəriciyə necə uyğunlaşdırıla bilər?

Əvvəlki məbləğlər yeni göstəriciyə necə uyğunlaşdırıla bilər?

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
Adi çörəklə 13 manatlıq çörək arasında nə fərq var? - Bahalı çörəyin özəllikləri - Baku TV

Adi çörəklə 13 manatlıq çörək arasında nə fərq var? - Bahalı çörəyin özəllikləri - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
Biləcəri sakinin torpaq sahəsini kimlər bataqlığa çevirib? - Baku TV

Biləcəri sakinin torpaq sahəsini kimlər bataqlığa çevirib? - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
Bakıda qızların yaşadığı yataqxanada həyəcan siqnalı niyə işə salındı? - Baku TV CANLI

Bakıda qızların yaşadığı yataqxanada həyəcan siqnalı niyə işə salındı? - Baku TV CANLI

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
“30 ildir biz əkirik, bu yandan çıxıb ki...” | Sakinlərin torpaq sahələri zəbt olunub? - Baku TV

“30 ildir biz əkirik, bu yandan çıxıb ki...” | Sakinlərin torpaq sahələri zəbt olunub? - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
“Hansısa qız oğlanla bu zonaya keçə bilməz” | Qızların qaldığı yataqxanada nə baş verib? - Baku TV

“Hansısa qız oğlanla bu zonaya keçə bilməz” | Qızların qaldığı yataqxanada nə baş verib? - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
Paytaxtın 12 rayonunda yol təmiri aparılır | AAYDA rəsmisi görülən işlərdən danışdı - Baku TV

Paytaxtın 12 rayonunda yol təmiri aparılır | AAYDA rəsmisi görülən işlərdən danışdı - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
“Niyə bundan yeyib zəhərlənəsən axı?!” | Aldığı kartofu yoxlayan vətəndaş nə aşkarladı? - Baku TV

“Niyə bundan yeyib zəhərlənəsən axı?!” | Aldığı kartofu yoxlayan vətəndaş nə aşkarladı? - Baku TV

Cəmiyyət
29 oktyabr 2026 82 baxış
Seçilmişlər
icon