Pleyeri seçin:

Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV

17 sentyabr 2026 18 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaşlar bildiriblər ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ərazi 2011-ci ildə zibillik olub. Ərazi icra hakimiyyəti tərəfindən təmizlənib və sakinlərə burada xeyir-şər evinin tikiləcəyi bildirilib.

Lakin sonradan bu istiqamətdə iş görülmədiyi üçün sakinlər öz aralarında pul toplayaraq ərazidə xeyir-şər evi tikməyə başlayıblar. Ancaq tikinti aidiyyəti qurumlar tərəfindən dayandırılıb və söküntü işləri aparılıb.

Sakinlərin sözlərinə görə, hazırda ərazidə xeyir-şər evi yoxdur və onlar mərasimlərini keçirmək üçün uyğun yer tapa bilmirlər.

“Qurumlardan bizə heç bir xəbərdarlıq olunmamışdı. Xeyir-şər evi kimi tikirdik. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları gəlib buranı sökdülər və bildirdilər ki, tikinti qanunsuzdur. Bizə icazə verilməsi, vaxt və möhlət tanınması ilə bağlı xahiş etdik. Dedik ki, müəyyən vaxt çərçivəsində aidiyyəti qurumlara müraciət edək, sənədlərimizi qaydasına salaq. Lakin bizə vaxt verilmədi və tikili söküldü”, – şikayətçi Bəxtiyar Kazımov deyib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Hövsan qəsəbəsində aparılan özbaşına tikinti işlərinin qarşısı aidiyyəti qurumlarla birgə keçirilən tədbir çərçivəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq alınıb.

Qeyd olunub ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin inşası üçün sifarişçi müvafiq sənədlərlə birlikdə aidiyyəti üzrə müraciət etməlidir.

Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq

Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI

Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV

Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
İşsizlik dalğası gəlir, yoxsa yeni peşələr yaranır? - AKTUAL GÜNDƏM

İşsizlik dalğası gəlir, yoxsa yeni peşələr yaranır? - AKTUAL GÜNDƏM

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Sakinlərin həyatı cəhənnəmə dönüb | "Qorxu içindədirlər, o qədər dolub ki..." - Baku TV

Sakinlərin həyatı cəhənnəmə dönüb | "Qorxu içindədirlər, o qədər dolub ki..." - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Qonşusuna aldanan qadın görün necə çıxılmaz vəziyyətdə qaldı - Baku TV CANLI

Qonşusuna aldanan qadın görün necə çıxılmaz vəziyyətdə qaldı - Baku TV CANLI

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
“Pulları yığıb dedi ki, aparım səni evə” | Qadının başına oyun açdılar - Baku TV

“Pulları yığıb dedi ki, aparım səni evə” | Qadının başına oyun açdılar - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Ekran qarşısında uzun müddət qalmaq gözqırpma tezliyini üç-dörd dəfə azalda bilər

Ekran qarşısında uzun müddət qalmaq gözqırpma tezliyini üç-dörd dəfə azalda bilər

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV

Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Xalq artisti Tofiq Mirzəyevə həsr olunmuş xatirə gecəsi - Baku TV

Xalq artisti Tofiq Mirzəyevə həsr olunmuş xatirə gecəsi - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 18 baxış
Seçilmişlər
icon