Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunun 28 May yaşayış massivində yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, yayda toz-torpaqdan, qışda isə palçıq və gölməçələrdən əziyyət çəkirlər. Yağış və qar yağanda yollar keçilməz olur. Bu isə xüsusilə məktəbə gedən azyaşlı uşaqlar üçün ciddi çətinlik yaradır.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
“İllərdir vəziyyət belədir. Yağış yağanda buradan keçmək mümkünsüz olur. Qocası var, cavanı var. Hər yerə müraciət etmişik. Maraqlıdır ki, bircə bu mərkəzi yol çəkilməyib. Əslində, əvvəlcə mərkəzi yol çəkilməli, sonra kənar yollar təmir olunmalıdır. Mərkəz qalıb, qıraqlar çəkilib. Biz Ərdəbildə yaşamırıq ki, Bakının bir addımlığındayıq. Palçığa görə avtobusa minə bilmirik. Nə vaxta kimi sellofan geyinəcəyik? XXI əsrdəyik, ayıbdır”, – sakinlərdən biri bildirib.
“Mən də bu küçənin vəziyyətindən narazıyam. Hər tərəf palçıqdır, uşaqlar məktəbə gedə bilmir”, – başqa bir sakin deyib.
#Binəqədi teqi istifadə olunub
- Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI
- “Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV
- 28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir
- “Dəhşətli qoxu gəlir, gediş-gəliş çətinləşir” | Hökməli sakinlərini boğaza yığan mənzərə - Baku TV
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
