Pleyeri seçin:

Qəhvə ilə meyvənin birlikdə qəbulu hüceyrələrin qocalma prosesini ləngidə bilir

20 oktyabr 2026 23 baxış

Qəhvə və meyvələrlə zəngin qidalanma hüceyrələrin qocalması ilə əlaqəli proseslərə müsbət təsir göstərə bilər.

İspaniyalı alimlərin araşdırması polifenollarla zəngin qidaların telomerlərin qısalması riskinin azalması ilə əlaqəli olduğunu üzə çıxarıb.

Araşdırma çərçivəsində 55 yaşdan yuxarı 1665 nəfərin məlumatları təhlil edilib. Alimlər iştirakçıların qidalanma xüsusiyyətlərini telomerlərin uzunluğu ilə müqayisə ediblər.

Telomerlər xromosomların uclarında yerləşir və genetik məlumatların qorunmasında mühüm rol oynayır. Nəticələr göstərib ki, polifenolları ən çox qəbul edən şəxslərdə telomerlərin qısalması ilə əlaqəli risk bu maddələri ən az qəbul edənlərlə müqayisədə 49 faiz aşağı olub.

Oxşar əlaqə flavonoidlər üçün də müşahidə edilib. Xüsusilə qəhvə və meyvə istehlakı ilə bağlı nəticələr diqqət çəkib. Lakin bu əlaqə yalnız 64 yaşdan kiçik iştirakçılarda qeydə alınıb.

Alimlərin sözlərinə görə, polifenollar antioksidant və iltihabəleyhinə xüsusiyyətləri sayəsində hüceyrələri zərərli təsirlərdən qorumağa kömək edə bilər.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu nəticələr qəhvə və meyvələrin qocalmanı birbaşa ləngitdiyini sübut etmir. Araşdırma yalnız statistik əlaqəni göstərir və hüceyrələrin qocalmasına həyat tərzi ilə yanaşı, digər amillər də təsir edə bilər.

Kopyalandı
Banner
Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV

Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 23 baxış
Böyük Qayıdışın başladığı rayon | Zəngilan necə azad olundu? - Baku TV

Böyük Qayıdışın başladığı rayon | Zəngilan necə azad olundu? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 23 baxış
Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV

Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 23 baxış
"Aztelekom" Ağdərədə rabitə infrastrukturunun qurulmasını davam etdirir - Baku TV

"Aztelekom" Ağdərədə rabitə infrastrukturunun qurulmasını davam etdirir - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 23 baxış
Azarkeşlər stadiona hansı metrolardan pulsuz aparılacaq? - Baku TV

Azarkeşlər stadiona hansı metrolardan pulsuz aparılacaq? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 23 baxış
"Dedi, get müavinin yanına" | Vətəndaşı qovan idarə rəisi niyə işdən çıxarıldı? - Baku TV

"Dedi, get müavinin yanına" | Vətəndaşı qovan idarə rəisi niyə işdən çıxarıldı? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 23 baxış
Matça gedənlər üçün vacib məlumat | Stadiona ödənişsiz avtobuslar ayrılacaq - Baku TV CANLI

Matça gedənlər üçün vacib məlumat | Stadiona ödənişsiz avtobuslar ayrılacaq - Baku TV CANLI

Cəmiyyət
19 oktyabr 2026 23 baxış
"Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı

"Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı

Cəmiyyət
19 oktyabr 2026 23 baxış
TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

Cəmiyyət
19 oktyabr 2026 23 baxış
İlin sonunadək gözlənilən proqnozlar

İlin sonunadək gözlənilən proqnozlar

Cəmiyyət
19 oktyabr 2026 23 baxış
Seçilmişlər
icon