“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Ağ Şəhər ərazisində yerləşən kofe məkanlarından birində çalışdığını deyən Orxan Cavadov əməkhaqqını ala bilmədiyini iddia edir.
Onun sözlərinə görə, bir ay 10 gün işlədiyi müddətdə əvvəlcə barista, qısa müddət sonra isə menecer vəzifəsini icra edib. Vətəndaş müxtəlif işləri yerinə yetirdiyini, lakin gördüyü işin müqabilində ona ödənilməli olan təxminən 1500 manatı ala bilmədiyini bildirir.
Müştərilərlə işlədiyini, sosial media fəaliyyətini həyata keçirdiyini və digər işləri gördüyünü deyən vətəndaşın sözlərinə görə, işəgötürən sonradan kassadan 20 manat götürməsini əsas gətirərək onu işdən çıxarıb və əməkhaqqını ödəməkdən imtina edib.
“Mənim aylıq əməkhaqqım 1000 manat idi. Sadəcə, orada əlavə işlər də görmüşəm. Orada nə iş var idisə, hamısını mən görmüşəm. Beş nəfər işçinin yerinə çalışmışam”, – deyə o bildirib.
Şikayətçinin digər iddiaları məkanın mətbəxində antisanitar vəziyyətin hökm sürməsi və işçilərin əmək müqaviləsi olmadan çalışması ilə bağlıdır.
Məkanın sahibi isə keçmiş işçini 3000 manat məbləğində oğurluq etməkdə ittiham edib.
#Vətəndaş şikayəti teqi istifadə olunub
- "Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV
- "Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV
- "Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?
- "Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV
- Bakıda yerləşən lazer salonu barədə dəhşətə gətirən ittiham - Baku TV CANLI
