Pleyeri seçin:

“Bizi aldadırlar, heç kimin vecinə deyil!” | “Ləzzət Dünyası”nın rəhbəri şikayətə necə cavab verdi?

06 noyabr 2026 88 baxış

Bəzən vaxtı keçmiş, bəzən isə etiketdə göstərilən qiymətlə kassadakı qiyməti fərqli olan mallarla marketlərdə tez-tez qarşılaşırıq. Elə hallar da olur ki, istehlakçıların hüquqları məhsulun çəkisi ilə bağlı pozulur.

Bu yaxınlarda sosial şəbəkələrdə “Ləzzət Dünyası” şirkətinə məxsus məhsulun çəkisi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Belə ki, qablaşdırmasının üzərində 180 qram olduğu qeyd edilən məhsulun faktiki çəkisinin 164 qram olduğu üzə çıxıb.

Şirkət rəhbərinin sözlərinə görə, bu, təsadüfi haldır. Bildirilib ki, qablaşdırmada məhsulun çəkisi ilə bağlı 10 qramlıq mümkün itki nəzərə alınır. Lakin yaranmış fərqin çörəyin sıxlığı və ya qırıntıları ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

Şirkət rəhbəri uzun illərdir fəaliyyət göstərdiklərini və indiyədək belə halla qarşılaşmadıqlarını da vurğulayıb.

Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qasımov isə bildirib ki, məhsulun faktiki çəkisinin qablaşdırmada göstərilən göstəriciyə uyğun olmaması istehlakçı hüquqlarının pozulmasıdır. Bu cür hallar qanunvericilikdə istehlakçının ölçüdə, çəkidə və digər göstəricilərdə aldadılması kimi qiymətləndirilir. Onun sözlərinə görə, müvafiq inzibati xətaya görə hüquqi şəxslər 4 min manatdan 6 min manatadək cərimələnə bilərlər.

Roman Qasımov qeyd edib ki, qida məhsulları istər qablaşdırılmış, istərsə də açıq şəkildə satıldıqda çəki qaydalarına əməl edilməlidir. İstehlakçının məhsulun çəkisini yoxlaması üçün şərait yaradılması da sahibkarın öhdəliyidir. Restoran və digər iaşə obyektlərində isə menyuda məhsulların çəkisi və tərkibi göstərilməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, istehlakçı aldığı məhsulun çəkisinin düzgün müəyyən edilmədiyini və ya qablaşdırmada göstərilən çəki ilə faktiki çəki arasında fərq olduğunu aşkar edərsə, mağaza rəhbərliyinə müraciət edərək məhsulun çəkisinin yenidən yoxlanılmasını və ödənişin faktiki çəkiyə uyğun hesablanmasını tələb etmək hüququna malikdir.

Kopyalandı
Banner
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 88 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 88 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 88 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 88 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 88 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 88 baxış
Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV

Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV

Cəmiyyət
06 noyabr 2026 88 baxış
"Onun avamlığından istifadə etmisən!” | Qadının xəbəri olmadan evi başqasına verilib? - Baku TV

"Onun avamlığından istifadə etmisən!” | Qadının xəbəri olmadan evi başqasına verilib? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 88 baxış
Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu

Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu

Cəmiyyət
06 noyabr 2026 88 baxış
ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb

Cəmiyyət
06 noyabr 2026 88 baxış
Seçilmişlər
icon