Sumqayıtda şəhid bulağının ətrafını çirkləndirdilər
Sumqayıt şəhərinin Azərbaycan prospektində şəhid Niyaz Əliyevin adına yaradılan bulağın ətrafının natəmizliyi sakinlərin narazılığına səbəb olub.
Şikayətçilərin sözlərinə görə, bulağın ətrafı yaxınlıqda yerləşən iaşə və ticarət obyektlərinin işçiləri tərəfindən çirkləndirilir. Bu da ərazidə antisanitar vəziyyətin yaranmasına səbəb olur. Ətrafda yerləşən obyektlərin işçiləri isə iddiaları əsassız hesab edirlər.
Səsləndirilən şikayətlərdən Sumqayıt Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Qurumdan şifahi olaraq bildirilib ki, digər ərazilərdə olduğu kimi sözügedən ərazidə də mütəmadi olaraq təmizlik işləri aparılır, əraziyə nəzarət olunur. Ancaq bəzən sakinlərin də təmizliyə riayət etmələrinə ehtiyac yaranır.
İcra Hakimiyyətindən o da qeyd edilib ki, sözügedən ərazinin daima təmiz saxlanılması üçün ətraf sakinlərin də təşəbbüs göstərmələri arzuolunandır.
#Sumqayıt teqi istifadə olunub
- "Camaat qorxa-qorxa keçir" | Sakinlər çıxılmaz halda | "Hamı uşağını maşınla apara bilmir" - Baku TV
- "Kimə deyirik, hamısı bizi yola verir" | "Qurd dərəsi" sakinləri şikayətə qalxdı - Baku TV
- “Mən icazə vermirəm ağlamağa!” | Bina sakinləri ilə obyekt sahibi arasında qalmaqal - Baku TV
- Sakinlərdə hiddət yaradan obyekt | “Burada elə məclislər keçiriləcək ki...” - Baku TV
- "Nəvələrim gəlib-gedir, nəsə olsa..." | Ev aldılar, yaşaya bilmirlər | “Təhlükəli haldır” - Baku TV
