Pleyeri seçin:

Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV

14 oktyabr 2026 30 baxış

Sumqayıt şəhərinin 20 Yanvar küçəsində yerləşən 15 nömrəli yataqxananın sakinləri üzləşdikləri problemlərlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlər bildirirlər ki, binanın sökülməsi planlaşdırılır, lakin tikinti şirkəti tərəfindən təklif olunan köçürülmə şərtləri onları qane etmir.

Şikayətçilərdən biri həyat yoldaşının birinci qrup əlilliyi olduğunu və mövcud vəziyyətin onların gündəlik həyatını daha da çətinləşdirdiyini söyləyib.

“Yoldaşım birinci qrup əlildir, ayağı yoxdur, şəkər xəstəliyindən əziyyət çəkir. Bu yaxınlarda yıxılıb, başından xəsarət alıb. Mən onu haraya aparım?” – deyə o, narazılığını ifadə edib.

Sakinlərin iddiasına görə, bəzi ailələrə 35 min manat kompensasiya ödənilib, digərləri isə başqa yaşayış yerlərinə köçürülüb. Lakin yataqxanada qalan ailələrə əsasən müvəqqəti kirayə variantı təklif olunur.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina istismar müddətini başa vurduğundan onun sökülərək yerində yeni hündürmərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulub. Binada yaşamış 128 ailədən 14 məcburi köçkün ailəsi hələ də həmin ərazidə qalır:

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həmin ailələrə işğaldan azad edilmiş ərazilərdə müvafiq yaşayış sahələri təklif edilir. Eyni zamanda tikinti işlərini həyata keçirəcək Mənzil-Tikinti Kooperativi tərəfindən ailələrin doğma yurdlarına qayıdanadək müvəqqəti yaşayış yerləri ilə təmin olunması üçün qarşılıqlı razılaşma əsasında kirayə haqlarının ödənilməsi nəzərdə tutulur. Lakin sakinlər təklif olunan şərtləri qəbul etmirlər”.

Banner
Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Cəmiyyət
14 oktyabr 2026 30 baxış
10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 30 baxış
Xarici hakerlər dövlət informasiya resurslarını hədəfə aldı - Baku TV CANLI

Xarici hakerlər dövlət informasiya resurslarını hədəfə aldı - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 30 baxış
Smartfondan istifadə zamanı başın vəziyyətinə diqqət etmək vacibdir

Smartfondan istifadə zamanı başın vəziyyətinə diqqət etmək vacibdir

Cəmiyyət
14 oktyabr 2026 30 baxış
Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV

Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 30 baxış
Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV

Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 30 baxış
Dini şüarlar, pozulan dərslər | Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Baku TV

Dini şüarlar, pozulan dərslər | Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Baku TV

Cəmiyyət
13 oktyabr 2026 30 baxış
Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV

Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV

Cəmiyyət
13 oktyabr 2026 30 baxış
"Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?

"Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?

Cəmiyyət
13 oktyabr 2026 30 baxış
Ölkədə ət qıtlığı gözlənilirmi?

Ölkədə ət qıtlığı gözlənilirmi?

Cəmiyyət
13 oktyabr 2026 30 baxış
Seçilmişlər
icon