"Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında I qrup əlilliyi olan Rəşaid Poladov yaşadığı çətinliklərdən, ailə münasibətlərindən və üzləşdiyi insanlıq imtahanlarından danışıb.
Yaşadığı fiziki məhdudiyyətə baxmayaraq, nümayiş etdirdiyi nikbinlikdən danışan Rəşaid bəy fikirlərini belə ifadə edib:
“Özümdən razıyam. Çox şükür ki, Allah məni belə yaradıb, əlli-qollu yaratmayıb. Çünki əli-qolu sağlam olan insanları görürəm, hamısı başqasından asılıdır. Mənə belə uzun qol verib, sonra torpaqda çürüyüb heç nəyə razı olmamaqdansa, Allahın verdiyinə şükür edirəm. Mənim bu vəziyyətdə olmağım həm də digər insanlar üçün bir insanlıq imtahanıdır”.
Ətrafındakı bəzi insanların insafsızlığından gileylənən Rəşaid Poladov yaşadığı acı reallığı belə paylaşıb:
“Ayağımı yumağa belə gücüm çatmır. Bir nəfər gəlib əl-ayağımı yuyur və müqabilində 5 manat istəyir. Ehtiyacı olduğunu düşünüb o pulu verirəm. Lakin ikinci dəfə gələndə artıq bu işi görməyi özünə sığışdırmır, naz edir. Təəssüf ki, mərd adam çox azdır, hamısı söz verir, amma vədinə əməl etmir. Ağızdolusu söz verirlər, lakin vaxtı çatanda sözlərinin arxasında durmurlar”.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?
- "Xəstəliyə görə evi satdı, amma..." | Böyrək xəstəliyindən əziyyət çəkən İlkin kömək gözləyir
- "Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI
- “Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi
- "Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI
