Pleyeri seçin:

Kuryerlik edib, anasına baxan 22 yaşlı Aminin acı sonu | "Balamı zülmlə böyütmüşdüm" - ARZUNUN VAXTI

03 oktyabr 2026 239 baxış

“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında motosiklet qəzasında həyatını itirən 22 yaşlı Amin Cəfərovun anası Amirə Cəfərova oğlunun ölümündən sonra yaşadığı ağır günlərdən danışıb.

Amirə Cəfərova Aminin kuryer kimi çalışdığını, uşaqlıqdan idmanla məşğul olduğunu və ona dəstək olmaq üçün işlədiyini bildirib.

Ana oğlunun ölümündən bir gün əvvəl yaşadığı hadisəni belə xatırlayıb:

“Evə gəldim, birbaşa otağına keçdim. O qədər darıxmışdım ki, dedim bir dəfə görüm, qucaqlayım. Gördüm ki, xoşbəxt yatıb. Əyildim, iki dəfə üzündən öpdüm. Kaş ki, oyadardım, bağrıma basardım, deyərdim ki, Amin, dur, sənə qurban olum, darıxmışam”.

Amirə Cəfərova oğlunun ölüm xəbərini evdə olarkən aldığını deyib. Əvvəlcə Aminin qəza keçirdiyi bildirilib, daha sonra isə yolda onun həyatını itirdiyini öyrənib.

Qadın hazırda kirayədə tək yaşadığını və oğlunun ölümündən sonra işləmədiyini bildirib. O, oğlunun yoxluğunu hələ də qəbul edə bilmədiyini deyib:

“Hələ də inanmıram. Elə bilirəm ki, Amin haradadırsa, gələcək. Burada yatdığını qəbul edə bilmirəm. Mənim hər şeyim idi. Bütün ümidlərim, xəyallarım, arzularım idi”.

Banner
"O duruş Ramiz müəllimi bir az da ucaldır” | Görkəmli tarzənin qəbirüstü abidəsinin açılışı oldu

"O duruş Ramiz müəllimi bir az da ucaldır” | Görkəmli tarzənin qəbirüstü abidəsinin açılışı oldu

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
İstanbul su altında | Bakı eyni təhlükə ilə üzləşə bilərmi? - Baku TV

İstanbul su altında | Bakı eyni təhlükə ilə üzləşə bilərmi? - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
"Ətrafımda ət yeyən, amma yaxşı insanlar var" | Müğənni Amina hansı fikirlərinə görə qınanılır?

"Ətrafımda ət yeyən, amma yaxşı insanlar var" | Müğənni Amina hansı fikirlərinə görə qınanılır?

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
“Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV

“Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
"Sədərək"dən hicablı xanımlarla bağlı yayılan yalan xəbərə münasibət bildirildi - Baku TV

"Sədərək"dən hicablı xanımlarla bağlı yayılan yalan xəbərə münasibət bildirildi - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
Biləcəri qəsəbəsinin sakinləri narahatlıq keçirir

Biləcəri qəsəbəsinin sakinləri narahatlıq keçirir

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
Zaur Rzayev reanimasiyaya yerləşdirildi | Xalq artistinin səhhəti ilə bağlı məlumat - Baku TV

Zaur Rzayev reanimasiyaya yerləşdirildi | Xalq artistinin səhhəti ilə bağlı məlumat - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
"Gəlib baxın, görün burada nə qədər hicablı xanım var" | "Sədərək" TM yayılan iddialara cavab verdi

"Gəlib baxın, görün burada nə qədər hicablı xanım var" | "Sədərək" TM yayılan iddialara cavab verdi

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
"Arxasında qaz borusu var" | Sakin qurumuş ağacların yaratdığı təhlükədən danışdı - Baku TV

"Arxasında qaz borusu var" | Sakin qurumuş ağacların yaratdığı təhlükədən danışdı - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
15 oktyabr 2026 239 baxış
Seçilmişlər
icon