Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 19-da Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən motosiklet uşaq arabasında olan 3 yaşlı körpəni vurub. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib.
Yaşayış kompleksinin sakinləri ərazidə motosikletlərin yaratdığı təhlükədən ciddi narahatlıqlarını ifadə ediblər. Onlar motosiklet sürücülərinin qayda pozuntularından və vətəndaşların həyatını riskə atmalarından şikayətçidirlər.
“Dünən biri körpə uşağı vurub öldürdü. Biz artıq onların əlindən bezmişik. Belə özbaşınalıq olmaz”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: “Evdə uşaqlar motosikletlərin səsindən qorxurlar. Bu ərazi elə bil Bombeydir”.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bildirib ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir:
“Cari ilin ilk 5 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri ucbatından baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb”.
#Masazır teqi istifadə olunub
- Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
