Pleyeri seçin:

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

06 noyabr 2026 80 baxış

Gürcüstanda toy məclisinə gedən üç qardaş silahlı hücuma məruz qalıb.

Hadisə şahidlərinin sözlərinə görə, qardaşlar və onların sinif yoldaşı toy mərasiminə gedərkən yolda qonşuları tərəfindən avtomat silahla atəşə tutulublar. Hücum nəticəsində iki qardaş hadisə yerində həyatını itirib, üçüncü qardaş isə qaçaraq xilas olub.

Hadisədən sağ çıxan qardaş hücum anını belə xatırlayır:

“Üç qardaş və bir sinif yoldaşım toya gedirdik. Yolda qəfildən bir avtomobil qarşımızı kəsdi. Sürücü maşından avtomatla düşüb bizə atəş açdı. Əvvəl böyük qardaşıma vurdu. Sonra mənə tərəf yönəldi, amma məni vura bilmədi. Digər qardaşımın arxasınca düşüb ona da atəş açdı, sonra yenidən böyük qardaşımın yanına qayıtdı. O, bizim qonşumuzdur. Aramızda heç bir ədavət olmayıb”.

Qardaşlarla birlikdə toya gedən kənd sakinləri də dəhşətli anların şahidi olublar. Onlardan biri hücum edən şəxsin əlində avtomat silah gördükdən sonra təşvişə düşərək hadisə yerindən uzaqlaşmağa çalışdığını bildirib:

“Avtomatla maşından düşüb atəş açmağa başladı. Mən də üzümü tutub ora-bura qaçdım. Dedim ki, vurursa, kürəyimdən vursun, təki gözüm görməsin. Qaçarkən yaxınlıqdakı evin qapısının açıq olduğunu görüb içəri girdim və xilas oldum”.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəyə səbəb tərəflər arasında əvvəllər mövcud olmuş münaqişə olub.

Banner
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 80 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 80 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 80 baxış
"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

Hadisə
06 noyabr 2026 80 baxış
Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 80 baxış
"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

Hadisə
06 noyabr 2026 80 baxış
İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

Hadisə
05 noyabr 2026 80 baxış
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 80 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 80 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 80 baxış
Seçilmişlər
icon