#Gürcüstan
icon

Gürcüstan — Qafqazın qəlbindəki qədim dövlət

Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Ölkənin ərazisi 69,700 km², əhalisi isə rəsmi məlumata görə təxminən 3,7 milyon nəfərdir.

Tarixi

Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdirilmiş, 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra Sovet Rusiyası tərəfindən işğal olunmuşdur. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.

Şəhərləri

Gürcüstanın paytaxtı və ən böyük şəhəri Tbilisidir. Tbilisi ölkənin mərkəzi siyasi, iqtisadi, elmi, mədəni və turistik məkanıdır. Burada müasir göydələnlər, tarixi binalar, qədim küçələr, kilsələr, məscidlər və sinaqoqlar yanaşı mövcuddur. Gürcüstanın ikinci ən böyük şəhəri olan Batumi Acariya bölgəsinin mərkəzidir və yay turizminin əsas ünvanlarından biridir. Bunlardan başqa Kutaisi, Rustavi, Qori, Telavi, Poti əsas şəhərlər sırasına daxildir.

Təbiət və turizm

Gürcüstanda 300-ə qədər dağ, dəniz kənarı, balneoloji və palçıq kurortları mövcuddur. Ölkənin ərazisinin böyük hissəsini dağlıq təşkil edir, onun üçdə biri keçilməz meşələrlə örtülüb. Ən məşhur kurortları Batumi, Kobuleti, Borjomi, Baxmaro, Bakuriani və Qudauridir. Gürcüstan öz mineral bulaqları ilə məşhurdur — respublika ərazisində 22 əsas mineral bulaq mövcuddur, onlardan ən məşhurları "Borjomi", "Zvare", "Sairme" və "Nabeğlavi"dir. Ölkədə üç beynəlxalq hava limanı — Tbilisi, Batumi və Kutaisi fəaliyyət göstərir.