Gürcüstanda şəhidlərimizin xatirəsinə həsr olunan anım tədbiri təşkil edilib - Baku TV
Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneuli bələdiyyəsində “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Əbədi yaşayanlar” adlı anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Məhəbbət İmanov 27 Sentyabr – Anım Gününün şəhidlərimizin xatirəsinə ehtiram göstərilməsi, onların həyat yolunun və qəhrəmanlığının gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə şəhid ailələrinin üzvləri də çıxış edərək şəhidlərin həyat və döyüş yolundan, onların xatirələrinin ailələri və yaxınları üçün əhəmiyyətindən söz açıblar.
Tədbirin sonunda şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb və onların ruhuna dualar oxunulub.
#Gürcüstan teqi istifadə olunub
- Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı dərsləri azaldıldı - Baku TV CANLI
- Azərbaycandilli məktəblərdə ana dili və ədəbiyyat dərsləri azaldılıb - Baku TV
- Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV
- Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV
- Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV
